İsrail və ABŞ alimlərindən xəbərdarlıq: Yuxu apnesi uşaqlarda virus riskini artırır
Bakı, 19 fevral, AZƏRTAC
İsrail və ABŞ alimlərinin apardığı genişmiqyaslı araşdırma göstərib ki, obstruktiv yuxu apnesi (OSA) diaqnozu qoyulmuş uşaqlarda qripə yoluxma riski təxminən iki dəfə, COVID-19-a yoluxma riski isə təxminən 2,5 dəfə yüksəkdir.
AZƏRTAC İsrailin “TPS-IL” informasiya agentliyinə istinadla xəbər verir ki, beş il ərzində 2–18 yaşarası bir milyondan çox uşağın tibbi qeydlərinin təhlilinə əsaslanan tədqiqatda OSA olan uşaqlarda pnevmoniya kimi ağırlaşmaların da daha çox müşahidə olunduğu bildirilib.
Tədqiqat, həmçinin göstərib ki, badamcıq və adenoidlərin çıxarılması əməliyyatı (adenotonsillektomiya) keçirmiş uşaqlarda belə risk yüksək olaraq qalır. Alimlər yuxu apnesinin ciddi virus infeksiyaları üçün risk göstəricisi kimi qiymətləndirilməli olduğunu və bu uşaqlara qarşı profilaktik tədbirlərin, o cümlədən peyvəndlərin prioritetləşdirilməsinin vacibliyini vurğulayıblar.
Araşdırmaya Yerusəlim Yəhudi Universitetinin Tibb fakültəsinin alimləri rəhbərlik edib. Nəticələr “Journal of Clinical Sleep Medicine” nəşrində dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]