İSTANBUL-ANKARA SƏRNİŞİN QATARININ FƏALİYYƏTİ BƏRPA OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyul ayında baş verən qatar qəzası nəticəsində Ankara-İstanbul arasındakı dəmiryol nəqliyyatının fəaliyyəti 16 gün boyunca dayandırılmış, bu müddət ərzində hadisə yerində əsaslı təmir işləri aparılmışdır. Avqustun 7-də Türkiyənin ən böyük iki şəhərini birləşdirən dəmir yolunun fəaliyyəti bərpa edilmişdir. Ankaradan hərəkət edən qatarda 183, İstanbul-Ankara-Qars marşrutu ilə yola çıxan qatarda isə 484 sərnişin olmuşdu. Qatarın maşinisti İsmayıl Çətinqaya bildirmişdir ki, artıq bütün sürücülərə xüsusi təlimat çatdırılmış və hansı bölgədə, hansı sürətlə gediləcəyi barədə yazılı məlumat verilmişdir.