İstanbul derbisi: “Qalatasaray” “Beşiktaş”a qarşı
Bakı, 21 oktyabr, AZƏRTAC
Bu gün futbol üzrə Türkiyə Superliqasında IX tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması “Qalatasaray” və “Beşiktaş” komandaları arasında olacaq. “Rams Park” stadionunda keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Halil Umut Meler idarə edəcək.
Səkkiz turdan sonra “sarı-qırmızılılar” 22 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıblar. 16 xalı olan “ağ-qaralar” isə 4-cü sırada yer alıblar.
İlk oyun günündə derbi ilə yanaşı, “Kayserispor” - “Rizespor”, “Qaziantep” - “Antalyaspor” və “Konyaspor” - “Pendikspor” oyunları da keçiriləcək.
Qeyd edək ki, Türkiyə Superliqasında turnir cədvəlinə 8 turdan sonra maksimum nəticə (24 xal) ilə “Fənərbağça” başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:42]
Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]