İSTANBULDA KÜLLÜ MİQDARDA QAÇAQMAL MÜSADİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İstanbulun valisi Müəmmər Gülər kütləvi informasiya vasitələri nümayəndələri üçün keçirdiyi brifinqdə bildirmişdir ki, polis tərəfindən uzun zamandır hazırlanan əməliyyat uğurla başa çatmışdır. İstanbul polisinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları Almaniyadan gələn treyleri dayandırmış və bu yük maşınında axtarış aparmışlar. Treylerdə 13 milyon ABŞ dolları məbləğində elektron əşya tapılmışdır. Mobil telefonlar, diktafonlar, video kameralar, foto aparatlar, şərab şüşələri, şokalad qutuları və digər qədər müxtəlif növ mal və əşyanın olduğu avtomobildəki bütün mallar ölkəyə qeyri-qanuni yolla gətirilmiş və heç bir gömrük rüsumu ödənməmişdir. Bu malların qara bazarlarda satılması nəzərdə tutulmuşdur. Polisin əməliyyatı nəticəsində 9 nəfər qaçaqmalçı yaxalamışdır. İstintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]