Azərbaycan Dövlət İnformasiya Agentliyi

İSTANBULDA TÜRKDİLLİ ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ X ZİRVƏ TOPLANTISI KEÇİRİLMİŞDİR

İSTANBULDA TÜRKDİLLİ ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ X ZİRVƏ TOPLANTISI KEÇİRİLMİŞDİR

İstanbul, 16 sentyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 16-da İstanbulda, “Çırağan” sarayında Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak etmişdir.

Xatırladaq ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda, 2006-cı ildə Antalyada, ötən il isə Naxçıvanda keçirilmişdir.

Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu, Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanı qarşıladı.

Zirvə toplantısını Türkiyə Prezidenti Abdullah Gül açdı. O, zirvə görüşündə iştirak edən dövlət başçılarını salamladı və onları yenidən görməkdən məmnun olduğunu bildirdi. “Qardaş ölkələrimiz arasındakı müştərək dil, din, tarix, mədəniyyət və dəyərlərə əsaslanan tellər çox güclüldür”, - deyən Abdullah Gül vurğuladı ki, məhz bu baxımdan türkdilli ölkələrin dövlət başçılarının bir araya gəlməsi çox önəmlidir. Türkiyə Prezidenti türkdilli ölkələr arasında əməkdaşlığın güclənməsində ötən il Naxçıvanda keçirilən IX zirvə toplantısında qəbul edilən qərarların mühüm rol oynadığını bildirdi, həmin qərarların əhəmiyyətini xüsusi vurğulayaraq dedi:

- Naxçıvanda bu konteksdə qəbul etdiyimiz mühüm qərarlardan biri də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılmasıdır. Məlum olduğu kimi, Şuranın Katibliyi İstanbulda olacaqdır. Bugünkü toplantıda Katibliyin strukturunun yaradılması ilə bağlı qərar qəbul edəcəyik. Bu çərçivədə Şuranın baş katibini də təyin edəcəyik. Beləliklə, keçən il Naxçıvanda təməlini qoyduğumuz təşkilatın qurulmasını təmin edəcəyik.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının atalarımızdan miras aldığımız müştərək dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq baxımından mühüm bir iş görəcəyinə inanırıq. Eyni millətə mənsub olmaqdan qürur duyan xalqlarımız arasındakı əzəli və əbədi qardaşlıq tellərinin artıq konkret əməkdaşlığa çevriləcəyinə güvənirik.

Türkiyə Prezidenti əlavə etdi ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması geniş coğrafi ərazini əhatə edən Türk dünyasının qarşılaşdığı problemlərin həllində də vacib rol oynayacaqdır. Bu, həmçinin ölkələrimizi və xalqlarımızı bir-birinə daha sıx bağlayacaq, bölgədə sülhə və sabitliyə xidmət edəcəkdir. Abdullah Gül türkdilli ölkələrin əlaqələrinin genişlənməsində mühüm rol oynayan TÜRKSOY və katibliyi Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətindən danışdı. Daha sonra Türkiyə Prezidenti İstanbulda keçirilən X zirvə toplantısında müzakirə olunacaq məsələlər barədə məlumat verdi.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış etdi.

PREZİDENT İLHAM ƏLİYEVİN

ÇIXIŞI

- Hörmətli cənab Prezident, əziz qardaşım Abdullah Gül!

Əziz dostlar, hörmətli dövlət başçıları!

İlk növbədə demək istəyirəm ki, qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Əziz qardaşım Abdullah Gülə təşəkkür edirəm ki, bugünkü zirvə görüşü çox yüksək səviyyədə təşkil olunubdur. Türkiyə yenə də bu gözəl təşəbbüsü öz üzərinə götürüb və bu zirvə görüşü gözəl İstanbulda keçirilir. Bizə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram. Əminəm ki, zirvə görüşünün gözəl nəticələri olacaqdır və ölkələrimiz arasında əməkdaşlıq, dostluq, qardaşlıq əlaqələri sürətli inkişafını davam etdirəcəkdir.

Keçən il Türk dünyasının qədim torpağı olan Naxçıvanda zirvə görüşünün keçirilməsi böyük hadisə idi. O dövrdən bu günə qədər - bu bir il ərzində hesab edirəm ki, aramızdakı əlaqələr daha da sürətlə inkişaf etdi. Aramızdakı dostluq, qardaşlıq əlaqələri həm ikitərəfli formatda, həm çoxtərəfli müstəvidə daha da gücləndi. Keçənilki zirvə görüşü ərəfəsində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) birinci plenar iclası keçirilmişdir. Bakıda TürkPA-nın Baş Katibliyi yaradılmışdır. Artıq Katiblik uğurla fəaliyyət göstərir. Eyni zamanda, Naxçıvan zirvə görüşü zamanı Azərbaycan tərəfi təşəbbüs irəli sürmüşdü ki, TÜRKSOY Fondu yaradılsın. Mən hörmətli həmkarlarıma minnətdaram ki, bu təşəbbüs dəstəkləndi və artıq bütün hazırlıq işləri gedir. Yaxın zamanlarda TÜRKSOY Fondu yaradılacaq və Azərbaycan bu Fondun fəaliyyəti üçün lazımi maddi dəstəyini verəcəkdir. Hesab edirəm ki, bu Fond nəinki türkdilli dövlətlərdə, bütün türk ellərində mədəni abidələrin bərpası, qorunması işinə öz dəstəyini verməlidir. Tarixi, mədəni araşdırmalar aparmalıdır. Mədəni sahədə, ölkələrimiz, xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinin inkişafı işinə böyük töhfə verməlidir.

Bizi ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Xalqlarımız əsrlər boyu bir yerdə yaşamışlar, bir yerdə çalışmışlar, daim bir-birinə arxa, dayaq olmuşlar. Mən çox şadam ki, bu gün ölkələrimiz müstəqil dövlətlər kimi bütün sahələrdə uğurlu əməkdaşlıq aparır, bir-birinə dəstək olurlar. Biz çalışmalıyıq və çalışırıq ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini gücləndirək, bir-birimizə siyasi dəstək verək və bütün işlərdə bir-birimizin yanında olaq. Bütün bu əməkdaşlığa və xoş niyyət göstərən bütün ölkələrə öz minnətdarlığımı bildirmək istəyirəm.

Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, heç bir irəliləyiş və nəticə yoxdur. Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altında qalır. Bu işğal və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıbdır. Bu, böyük ədalətsizlikdir, bu, humanitar fəlakətdir. Bütün beynəlxalq təşkilatlar, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın haqq işini dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır və orada bilavasitə göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. ATƏT-in qərarları, İslam Konfransı Təşkilatının çoxsaylı qətnamələri, Avropa Parlamenti, Avropa Şurası kimi təşkilatların qərar və qətnamələri məsələnin ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunmasını tələb edir. Ancaq əfsuslar olsun ki, bu günə qədər bu məsələ ilə bağlı nəticə yoxdur.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz istəyirik ki, bunu tezliklə, danışıqlar, sülh yolu ilə həll edək. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanda müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində münaqişə, qarşıdurma olmamışdır. Azərbaycanda bütün xalqların hüquqları qorunur. Əlbəttə ki, erməni xalqı Azərbaycan torpaqlarında yaşamışdır, bu gün də yaşayır. Onların da hüquqları qorunur.

Xalqların öz müqəddəratını təyinetmə istəkləri ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Yəni, bu iki anlayış arasında qarşıdurma yaradılmamalıdır. Beynəlxalq təcrübə və beynəlxalq hüquq belə mövqeyi, bu mövqeyi dəstəkləyir. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılar vahid Azərbaycan dövləti çərçivəsində yüksək özünü idarəetmə imkanlarına malik olan prinsiplər əsasında yaşamalıdırlar. Bu, beynəlxalq hüququn qaydalarıdır. Bu, normal insani davranışın qaydalarıdır.

Biz XXI əsrdə yaşayırıq, XIX əsrdə yaşamırıq. Biz sivilizasiyalararası dialoqun inkişafına çalışmalıyıq, xalqlar arasında dostluq, əməkdaşlıq meyillərini gücləndirməliyik. XXI əsrdə başqa ölkənin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü pozmaq, o bölgədə etnik təmizləmə siyasəti aparmaq, Xocalı soyqırımı törətmək kimi cinayətlər cavabsız qalmamalıdır. Beynəlxalq birlik nəinki öz qətnamələri və qərarları ilə, praktiki addımlarla bu məsələnin tezliklə həll olunmasına çalışmalıdır. Hər halda bundan sonra da çalışacağıq ki, məsələ daim gündəlikdə, bütün beynəlxalq təşkilatların gündəliyində qalsın. Əlbəttə ki, biz dost, qardaş ölkələrin dəstəyinə görə minnətdarıq. İlk növbədə qardaş Türkiyəyə minnətdarıq ki, bütün dövrlərdə daim Azərbaycanın yanında olmuşdur. Bütün beynəlxalq təşkilatlarda Azərbaycana dəstək olmuşdur. Öz fikrini, öz mövqeyini açıq ifadə etmişdir. Türk dünyasında yaşayan və bizə dəstək olan bütün qardaşlarıma bu gün bu gözəl şəhərdən müraciət edib minnətdarlığımı bildirmək istəyirəm.

Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək.

Mən xüsusilə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün dünən imzalanan çox vacib sazişi bu gün vurğulamaq istəyirəm. Dünən Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası yaradılıbdır. Əminəm ki, Şuranın fəaliyyəti çox uğurlu olacaqdır. Biz çalışmalıyıq ki, ölkələrimiz arasında münasibətləri bütün sahələrdə sürətlə irəliyə aparaq. İqtisadi sahədə qarşılıqlı ticarətin təşviqi və genişlənməsi üçün əlavə tədbirlər görülməlidir. Qarşılıqlı sərmayənin qoyulması üçün əlavə imkanlar araşdırılmalıdır. Bu gün Azərbaycana qardaş ölkələrdən sərmayələr qoyulub, eyni zamanda, Azərbaycan şirkətləri türkdilli ölkələrə investisiyalar qoyurlar və bu proses getdikcə daha da güclənir.

Bu gün əziz qardaşım Abdullah bəy qeyd etdi ki, enerji təhlükəsizliyi məsələlərində biz birgə çalışırıq. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdə bu məsələ xüsusi çəkiyə malikdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri demək olar ki, bölgənin enerji xəritəsinə böyük töhfə verdi, yəni enerji xəritəsini zənginləşdirdi. Bu yollar, bu dəhlizlər açılandan sonra bu dəhlizlər vasitəsilə Xəzər dənizinin şərq sahillərindən təbii ehtiyatlar nəql edilir. Bu gün Qazaxıstandan, Türkmənistandan neft məhsulları Azərbaycan ərazisindən dünya bazarlarına, o cümlədən Türkiyəyə və Türkiyə ərazisindən dünya bazarlarına çıxarılır. Əminəm ki, gələcəkdə bu əməkdaşlığın daha da böyük faydası olacaqdır. Bu sahədə aramızdakı çoxtərəfli əməkdaşlığa böyük ehtiyac vardır. Xəzər hövzəsində yerləşən ölkələrdə zəngin təbii ehtiyatlar vardır. Türkiyə bizim üçün həm böyük bazardır, eyni zamanda, qardaş ölkənin tranzit imkanları da genişdir. Biz bu sahədə səylərimizi daha da artırsaq, bu, hər bir ölkənin gücləndirilməsinə xidmət göstərəcəkdir.

Bu gün biz dəmir yolu layihəsi üzərində fəal çalışırıq. Bakı-Tbilisi-Qars dəmir yolu nəinki Türkiyəni Azərbaycanla, Türkiyəni Orta Asiya ilə birləşdirəcək, Avropanı Orta Asiya ilə birləşdirəcəkdir. Bu yol həm iqtisadi cəhətdən çox cəlbedicidir, həm də ki, qardaş ölkələri birləşdirəcəkdir. Yəni, bütün bu layihələrlə əlaqədar artıq müvafiq tapşırıqlar verilibdir, işlər görülür. Mən şübhə etmirəm ki, gələcəkdə belə layihələrin sayı çoxalacaqdır. Ancaq artıq həyata keçirilən layihələr göstərir ki, birgə görülən işlər, müştərək təşəbbüslər bütün ölkələrə ancaq və ancaq xeyir və mənfəət gətirir.

Mən bir daha qeyd etmək istəyirəm ki, bugünkü zirvə görüşünə çox böyük əhəmiyyət verirəm. Mən çox şadam ki, vaxtilə yaradılmış, sonra pozulmuş ənənə artıq bərpa olunur. Yəni artıq bu zirvə görüşləri keçirilir. Keçən il keçirildi, bu il keçirilir. Əminəm ki, gələn il də keçiriləcəkdir. Biz bu ənənəni artıq bərpa edirik. Ümid edirəm ki, gələcəkdə nəzərdə tutulmuş bütün məsələlər, planlar həyatda öz əksini tapacaq və ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin uğurlu inkişafı davam edəcəkdir. Sağ olun.

X X X

Zirvə görüşündə digər dövlət başçıları da çıxış etdilər.

Tədbirdə TÜRKSOY-un və TürkPA-nın fəaliyyətinə dair məlumatlar dinlənildi.

Sonda dövlət başçıları zirvə toplantısının yekun sənədini imzaladılar.

Qərara alındı ki, növbəti zirvə toplantıları 2011-ci ildə Qazaxıstanda, 2012-ci ildə Qırğızıstanda keçirilsin.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının İstanbulda yerləşəcək Katibliyinə rəhbər təyin olundu.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib