İSTANBULUN ATATÜRK BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
İstanbul, 15 sentyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında iştirak etmək üçün sentyabrın 15-də Türkiyə Respublikasına səfərə gəlmişdir.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.