İstiqlal Muzeyində tədbir - “Vətən: Şəhid əmanəti”













Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-də Azərbaycan İstiqlal Muzeyində “Vətən: Şəhid əmanəti” adlı tədbir təşkil olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi məqsədilə keçirilən tədbir “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi əsasında reallaşıb.
Tədbir çərçivəsində qonaqlar eyniadlı sərgi ilə yaxından tanış olublar.
Sərgidə tarix yazan qəhrəmanlarımızın (şəhid mayor Natiq İsmayılov, baş leytenant Sahil Məmmədov, Mahmud Məlikov, baş gizir Yasən Əhmədov, baş çavuş Vüsal Allahyarov, kiçik çavuş Elşən Müslümov və əsgər Elvin Babayev) muzey fondlarında qorunub saxlanılan müxtəlif şəxsi əşyaları nümayiş olunur.
Sərgi fevralın 20-dək davam edəcək.