İsveç 65 yaşdan yuxarı insanlar üçün “AstraZeneca” vaksininin tətbiqini bərpa edir
Stokholm, 26 mart, AZƏRTAC
İsveç 65 yaşdan yuxarı insanlar üçün “AstraZeneca” vaksininin tətbiqini bərpa edir.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, Krallığın İctimai Səhiyyə Agentliyi 65 yaşdan yuxarı insanlar üçün COVID-19 koronavirusuna qarşı “AstraZeneca” vaksinindən istifadənin bərpa olunması barədə qərar qəbul edib.
Beləliklə, İsveç Avropa İttifaqının müşahidə orqanının və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq bu vaksinin tətbiqini bərpa etmiş ölkələrdən biri oldu.
Keçən həftə Avropa dərman vasitələri agentliyi özünün apardığı araşdırmanın nəticələrini elan edib. Ekspertlər bu qənaətə gəliblər ki, “AstraZeneca” vaksini mühüm üstünlüklərə malikdir, bu vaksin təhlükəsiz və effektivdir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]