İsveç “Jas 39 Gripen” qırıcılarını Ukraynaya verməkdən imtina edib
Stokholm, 10 fevral, AZƏRTAC
İsveçin Baş naziri Ulf Kristersson “Jas 39 Gripen” qırıcı təyyarələrini Ukraynaya verməkdən imtina edib.
AZƏRTAC İsveç KİV-nə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda Brüsseldə keçirilən Avropa İttifaqının sammitində İsveçdən SAAB kompaniyasının istehsal etdiyi çoxhədəfli “Jas 39 Gripen” qırıcı təyyarələrinin dördüncü buraxılışını istəmişdi.
Lakin Baş nazir Ulf Kristersson bildirib ki, hazırda bu cür döyüş təyyarələrinin Ukraynaya verilməsi şəklində dəstəyin genişləndirilməsi aktual deyil. İsveç hökumətinin başçısı əlavə edib: “Bizim özümüzün bu cür təyyarələrə kəskin ehtiyacımız var”.
Qeyd etmək lazımdır ki, Volodimir Zelenski Ukraynaya müasir qırıcı təyyarələrlə yanaşı, uzaqməsafəli müxtəlif silah növlərinin, sursat və artilleriya sistemlərinin də verilməsi barədə müraciət etmişdi.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]