İsveç polisi cinayətkarlığın qarşısının alınması tədbirlərinin gücləndirilməsinə çağırıb
Stokholm, 6 may, AZƏRTAC
İsveçin polis əməkdaşlarının əksəriyyəti uşaq və yeniyetmələr arasında cinayətkarlığın qarşısının alınması istiqamətində cəmiyyətin fəaliyyətinin səmərəliliyini tənqidi qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, polis orqanının həmkarlar ittifaqının keçirdiyi sorğunun nəticələrinə görə, əməkdaşların təxminən 75 faizi sosial xidmətlərin, məktəblərin və psixiatriya xidmətlərinin gənclərin ağır cinayətkarlığa cəlb olunmasının qarşısını almaq vəzifəsinin öhdəsindən gələ bilmədiyini hesab edir. Sorğu iştirakçıları həmçinin təhsil, məktəbəqədər müəssisələr və səhiyyə sisteminin kifayət qədər maliyyələşdirilmədiyini qeyd edirlər. Nəticədə polis problemlərə daha gec mərhələdə müdaxilə etmək məcburiyyətində qalır.
Həmkarlar ittifaqının rəhbəri Katarina fon Syudov vurğulayıb ki, siyasətçilər mövcud vəziyyəti ciddiyə almalıdırlar. Onun sözlərinə görə, qanunvericiliyin sərtləşdirilməsi və polis üçün resursların artırılması dəstəklənsə də, xüsusilə də bələdiyyə səviyyəsində digər ictimai institutların gücləndirilməsi də zəruridir.
Eyni zamanda, respondentlərin 36 faizi polisin özünün profilaktik fəaliyyətini də mənfi qiymətləndirirlər. Səbəblər kimi resurs çatışmazlığı və cinayətlərin qarşısının alınması ilə məşğul olan əməkdaşların tez-tez digər tapşırıqlara cəlb olunması göstərilir ki, bu da sistemli işi çətinləşdirir.
Həmkarlar ittifaqı siyasi qüvvələr arasında uzunmüddətli əməkdaşlığa və sosial və kriminal siyasət sahəsində tədbirlərin gücləndirilməsinə çağırır.
Öz növbəsində, Polis İdarəsi ərazi üzrə polis əməkdaşlarının sayının artırılmasını və cinayətkarlığın qarşısının alınması, eləcə də mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində təlimlərin genişləndirilməsini təklif edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]
Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib
- 10.06.2026 [16:41]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:21]