İsveç tarixində ilk dəfə qadın Baş nazir seçilib
Stokholm, 24 noyabr, AZƏRTAC
Maqdalena Andersson İsveç tarixində Baş nazir seçilən ilk qadın olub.
AZƏRTAC xəbər verir ki, noyabr ayının 24-də İsveçin Sosial Demokratlar Partiyasının yeni rəhbəri Maqdalena Andersson Krallıq tarixində ilk qadın Baş nazir seçilib.
İsveç parlamentində baş tutan səsvermədə 349 deputatın 174-ü Maqdalena Anderssonun əleyhinə səs verib. Onun lehinə səs verənlərin sayı ümumi deputatların yarısından çox olduğu üçün o, Baş nazir seçilib.
Noyabrın 26-da Baş nazir yeni hökumətin tərkibini elan edəcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]