İsveçin ilk qadın Baş naziri vəzifəyə seçildiyi andan 7 saat sonra istefaya gedib
Stokholm, 24 noyabr, Rauf Əliyev, AZƏRTAC
İsveçin ilk qadın Baş naziri Maqdalena Andersson vəzifəyə seçildiyi andan 7 saat sonra istefaya gedib.
AZƏRTAC xəbər verir ki, müvafiq müraciətlə Maqdalena Andersson vəzifəsindən azad edilməsini xahiş edib.
Bu gün səhər saatlarında Sosial Demokratlar Partiyasının rəhbəri Maqdalena Andersson parlamentdə baş tutan seçki nəticəsində “Qırmızı-Yaşıllar” koalisiyasından Baş nazir seçilib. Buna baxmayaraq, "Qırmızı-Yaşıllar" koalisiyasının üzvü Yaşıllar Partiyası, gələn ilki ölkə büdcəsi məsələsində razılığa gəlməməsinə görə hökuməti tərk edib və koalisiyanın dağılmasına səbəb olub.
Maqdalena Andersson artıq spiker Anderas Norlenə hələ də Sosial Demokratlar Partiyasından bir partiyalı hökumətə rəhbərlik etməkdə maraqlı olduğunu bildirib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]