İtaliya A Seriyası: “Milan” növbəti qələbəsini qazanıb
Bakı, 3 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 3-də futbol üzrə İtaliya A Seriyasının 15-ci turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, lider “Milan” səfərdə “Benevento” komandasının qonağı olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Milanlılar hesabı oyunun 15-ci dəqiqəsində açıb. Hakimin təyin etdiyi penaltini Frank Kessi dəqiq zərbə ilə tamamlayıb. Görüşün 34-cü dəqiqəsində “Milan”nın futbolçusu Sandro Tonali qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Azlıqda qalmalarına baxmayaraq fasilədən sonra “Milan” yenidən fərqlənib. Rafael Leao qapıçının səhvini bağışlamayıb. Oyunun 61-ci dəqiqəsində “Benevento” 11 metilik cərimə zərbəsini vura bilməyib.
Bu qələbədən sonra “Milan” 37 xalla liderliyini davam edir. “Benevento” isə 18 xalla 10-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, “Milan” İtaliya A Seriyasında və top-5 liqalarda cari mövsüm uduzmayan yeganə klubdur.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“İnter” - “Krotone” - 6:2;
“Atalanta” - “Sassuolo” - 5:1;
“Genoa” - “Latsio” - 1:1;
“Kalyari” - “Napoli” - 1:4;
“Parma” - “Torino” - 0:3;
“Roma” - “Sampdoriya” - 1:0;
“Spezia” - “Verona” - 0:1;
“Fiorentino” - “Bolonya” - 0:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]