İDMAN
İtaliya A Seriyası: “Milan” səfərdə böyükhesablı qələbə qazanaraq liderliyə yüksəlib
Bakı, 9 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 9-da futbol üzrə İtaliya A Seriyasının 21-ci turuna “Venesiya”-“Milan” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, "Penco" stadionunda keçirilən görüşdə milanlılar üstün olublar - 0:3.
"Rossonyeri"nin heyətində Zlatan İbrahimoviç və Teo Hernandes (2) fərqləniblər.
Qeyd edək ki, matçın 58-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Mixael Svobida birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 48-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. İki oyun az keçirən "İnter" 46 xalla ikinci yerdədir. "Venesiya" isə 17 xalla on altıncı yerdə qərarlaşıb.
Turun digər görüşləri gün ərzində keçiriləcək.