İtaliya A Seriyası: “Milan”ın səkkiz oyunluq məğlubiyyətsiz seriyası davam edir
Bakı, 19 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyunun 18-də futbol üzrə İtaliya A Seriyasının 34-cü turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Milan” klubu doğma meydanında (“San Siro”da) “Bolonya” komandasını qəbul edib.
Son oyunlarda üstün oyun nümayiş etdirən “Milan” bu görüşdə rəqibini böyük hesabla məğlub edib - 5:1.
“Rossoneri”nin heyətində Aleks Salemakers, Hakan Çalhanoğlu, Ante Rebuç, İsmael Bennaser və Davide Kalabriya fərqləniblər. “Bolonya”nın yeganə qoluna isə Takehiro Tomiyasu imza atıb.
Bu qələbədən sonra xal ehtiyatını 56-ya çatdıran “Milan” turnir cədvəlində beşinci yerə yüksəlib. “Bolonya” isə 43 xalla 10-cu yerdə qərarlaşıb.
“Milan” növbəti turda səfərdə “Sassuolo”nun, “Bolonya” isə “Atalanta”nın qonağı olacaq.