İtaliya A Seriyası: “Yuventus” cari mövsümdə ikinci dəfə məğlub olub
Bakı, 13 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 13-də İtaliya A Seriyasının 32-ci turuna SPAL - “Yuventus” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, “Yuventus” gözlənilmədən oyunda məğlub olub - 1:2. “Yuventus” 30-cu dəqiqədə Moise Kinin qolu ilə hesabda irəli çıxıb. Lakin “SPAL” matçın 49-cu və 71-ci dəqiqələrində Kevin Bonifazinin və Sercio Flokkarinin qolları ilə hesabda irəli çıxıb. “Yuventus”un cəhdlərinə baxmayaraq, oyunda hesab dəyişməyib.
Bu, “Yuventus”un cari mövsümdə ikinci məğlubiyyəti olub. Turin təmsilçisi martın 17-də səfərdə “Cenoa”ya 0:2 hesabı ilə məğlub olmuşdu.
Hazıra İtaliya A Seriyasına 84 xalla “Yuventus” başçılıq edir. İkinci sırada qərarlaşan “Napoli”nin 64, üçüncü pillədə yer alan “İnter”in 57 xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]