İtaliya A Seriyası: “Yuventus” “İnter”i məğlub edib
Bakı, 17 fevral, AZƏRTAC
İtaliya A Seriyasının 25-ci turunun matçında "Yuventus" "İnter"ə qalib gəlib.
AZƏRTAC xəbər verir ki, Turinin “Alyans” stadionunda keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Görüşdə yeganə qolu 74-cü dəqiqədə portuqaliyalı hücumçu Fransisko Konseysao vurub.
İtaliya çempionatının turnir cədvəlində "İnter" 54 xalla ikinci yerdədir. “Napoli” 56 xalla birinci, “Atalanta” isə 51 xalla üçüncü pillədə qərarlaşıb. "Yuventus" 46 xalla 4-cü yerdədir.
Növbəti turda “İnter” doğma meydanda “Cenoa” ilə qarşılaşacaq. Görüş fevralın 22-də baş tutacaq.
"Yuventus" səfərdə "Kalyari" ilə qüvvəsini sınayacaq. Qarşılaşma fevralın 23-də reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]
Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb
- 05.06.2026 [10:27]