İTALİYA HƏRBİ KONTİNGENTİNİ İRAQDAN ÇIXARIR
AZƏRTAC-ın xüsusi müxbiri Almaniya KİV-lərinə istinadla xəbər verir ki, Romano Prodinin rəhbərlik etdiyi İtaliyanın yeni hökuməti 2700 nəfərdən ibarət hərbi kontingentinin tezliklə İraqdan geri çağırılması barədə qərar qəbul etmişdir. Hərbi kontingentin çıxarılması iki mərhələdə həyata keçiriləcəkdir.
Bu barədə Romada rəsmi bəyanat verən İtaliya Respublikasının xarici işlər naziri Massimo D,Alema bildirmişdir ki, qoşunların çıxarılması cari ilin iyununda başlayıb ilin sonunadək başa çatdırılacaqdır. İyunun əvvəllərində - birinci mərhələdə 1100 nəfərin, oktyabrda - ikinci mərhələdə isə qalan 1600 nəfərin geri çağırılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]