Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya mətbuatında erməni tərəfinin dezinformasiyalarına cavab verilib

Roma, 9 dekabr, AZƏRTAC

Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistanın son hərbi təxribatları ilə bağlı erməni tərəfinin sifarişi ilə İtaliya mətbuatında dərc olunan və yerli ictimaiyyəti aldatmaq məqsədi daşıyan dezinformasiya xarakterli yazılara münasibətdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Roma Sapienza Universitetinin professoru Daniel Pommier Vinçelli tərəfindən cavab verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan səfiri İtaliyanın “Tempi” qəzetinin redaksiyasına göndərdiyi məktubunda həmin qəzetdə italyan jurnalist Leone Grittonun erməni tərəfinin dezinformasiyasını təşviq edən məqaləsinə cavab verib. M.Əhmədzadənin həmin qəzetdə dərc olunmuş cavab məktubunda noyabrın 16-da və ondan bir neçə gün öncə baş vermiş erməni təxribatları barədə oxuculara geniş məlumat verilib. Ermənistanın bu təxribatlarının Azərbaycanın həyata keçirdiyi tədbirlər nəticəsində uğursuzluğa düçar olduğunu qeyd edən diplomat insan tələfatı ilə nəticələnən hərbi qarşıdurmaya görə məsuliyyətin tamamilə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Səfir məktubunda habelə sərhəddəki hərbi avantüraya paralel olaraq Ermənistan siyasi-hərbi rəhbərliyinin ölkəmizə qarşı qarayaxma kampaniyası apardığı barədə də danışıb. Azərbaycanın oxşar insidentlərin təkrarlanmaması üçün Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması mövqeyindən çıxış etdiyini vurğulayan diplomat Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasına hazır olduğunu bəyan etdiyini, lakin Ermənistanın müxtəlif bəhanələrlə və sərhəddə qarşıdurmaları qızışdırmaqla bundan yayınmağa çalışdığını qeyd edib.

Məktubunda Azərbaycan tərəfinin mövqeyinin aydın və birmənalı olduğunu bildirən M.Əhmədzadə əlavə edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın Ermənistan və Azərbaycan Qarabağ münaqişəsinə son qoyduğunu, “münaqişə” məsələsini gündəmdə saxlamaq, “qlobal həll yolu”nun vacibliyini vurğulamaq əslində Ermənistanın revanşist iddialarına və bu ölkənin əsassız siyasi illüziyalarını davam etdirməsinə xidmət edir.

Diplomat habelə 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan, bir milyon azərbaycanlını öz yurd-yuvasından didərgin salaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edən, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən Ermənistan kimi bir ölkənin dezinformasiyasına hələ də mətbuatda yer verilməsinin anlaşılmaz olduğunu qeyd edib. Ötən ilin payızında Vətən müharibəsi zamanı Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən müvafiq qətnamələrini icra edərək öz ərazilərini işğaldan azad etdiyini, həmin ərazilərdə dramatik bir mənzərənin şahidi olduğumuzu və bu ərazilərimizin təxminən 30 illik işğal zamanı Ermənistanın sistemli dağıntılarına məruz qaldığını xatırladılıb. Bundan əlavə, diplomat bildirib ki, Ermənistan işğal illərində bu ərazilərə çoxlu sayda mina yerləşdirib ki, onların partlaması münaqişənin bitməsindən bu günə qədər yüzlərlə qurbana səbəb olub. Diplomat həm ərazilərin dağıdılması, həm də mina problemi səbəbindən məcburi köçkünlərin azad olunmuş ərazilərdə öz evlərinə qayıtmasının mümkün olmadığını, Azərbaycanın öz resursları hesabına və tərəfdaş ölkələrin, o cümlədən İtaliyanın şirkətlərinin cəlb edilməsi ilə bərpa və yenidənqurma işlərini həyata keçirdiyini deyib.

Səfir, həmçinin Azərbaycanın Ermənistan tərəfinə suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsini imzalamağı, habelə bütün kommunikasiya yollarının açılmasını təklif etdiyini, ağır iqtisadi və sosial çətinliklər içində boğulan Ermənistanın bu vəziyyətdən faydalana biləcəyini, lakin Ermənistan hələ də bu təkliflərə cavab vermədiyini vurğulayıb.

Ermənistanın dövlət səviyyəsində apardığı siyasətə görə monoetnik ölkəyə çevrildiyini deyən diplomat Azərbaycanın isə müxtəlif dinlərin dinc yanaşı yaşadığı multikultural ölkə olduğunu və ölkəmizdə mövcud olan müxtəlif konfessiyalara məxsus çoxsaylı dini abidələrin, o cümlədən sinaqoqların, pravoslav, katolik, evangelist kilsələrinin və Bakının mərkəzindəki erməni kilsəsinin bunun sübutu olduğunu vurğulayıb.

İtaliyanın “İnterris” analitik-xəbər portalında isə Roma Sapienza Universitetinin professoru Daniel Pommier Vinçelli həmin portalda dərc olunmuş məktubu ilə erməni əsilli tədqiqatçı Qriqor Qzaryanın məqaləsinə cavab verib. D.Pommier məktubunda ilk öncə Azərbaycanın başqasına məxsus əraziləri ələ keçirmək niyyətində olmadığını, 44 günlük Vətən müharibəsi zamanı bütün əməliyyatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri daxilində aparıldığını vurğulayıb. O bildirib ki, erməni əsilli tədqiqatçının “Artsax respublikası” kimi təqdim etdiyi separatçı qurum beynəlxalq hüquqa görə qeyri-qanunidir. Bu xüsusda o, yalnız Qarabağın deyil, Ermənistanın işğal etdiyi digər ərazilərin də Azərbaycana məxsus olduğunun bütün dünya tərəfindən tanındığını diqqətə çatdırıb. Müəllif siyasi-hüquqi cəhətdən paradoksal olsa da hətta Ermənistanın belə o ərazilər üzərində Azərbaycandan başqa heç bir suverenliyi tanımadığını bildirib. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün tam şəkildə hüquqa uyğun hərəkət etdiyini qeyd edib.

Professor yazısında erməni müəllifin Azərbaycanın işğal olunmuş 7 rayonunun “bufer zona” adlandırmasına münasibətdə deyib ki, tarixən erməni mövcudluğu olmayan həmin ərazilərdə hər zaman azərbaycanlılar yaşamış və azərbaycanlılar həmin ərazilərdən 1992-1994-cü illərdə ermənilər tərəfindən zorakılıqla qovulmuşlar və onların oradan qovulması XX əsrin etnik təmizlənməsi hesab edilir. Həmin illərdə bir milyona yaxın azərbaycanlının evlərini və əşyalarını itirdiyini qeyd edən D.Pommier onların öz evlərinə qayıtmağa haqqının olduğunu vurğulayıb. Professor yazısında erməni müəllifin Azərbaycanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli sazişi pozmaqda ittiham etdiyini lakin elə həmin müəllifin sazişin bəndlərindən biri olan Azərbaycanla Naxçıvan arasındakı dəhlizin tikintisini pisləməsini paradoksal hal kimi qiymətləndirib.

Son olaraq D.Pommier erməni müəllifin “cihadistlər, neoosmanlılar və soyqırımı” kimi iddialarına münasibətdə isə bunların hamısının erməni təbliğatının məhsulu olduğunu diqqətə çatdırıb. Azərbaycanlıların müsəlman olduğunu, eyni zamanda, bütün müsəlman Şərqində ən dünyəviləşmiş xalqlardan biri olduğunu xatırladan italyan tədqiqatçı Azərbaycanda yüksək səviyyədə dini birgəyaşayışın mövcudluğundan bəhs edib. Bu xüsusda, professor Azərbaycanla cihadçılıq və ya İŞİD arasında əlaqəni düşünməyin belə reallıqdan kənar bir fantaziya olduğunu, ermənilərin neoosmanlılıq ittihamlarının və ya “soyqırımı” üçün üzr istənilməlidir kimi istəklərinin isə xəyalpərəstlik olduğunu deyib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO