İtaliya Superkubokunun finalında “Milan” və “İnter” qarşılaşacaq
Bakı, 4 yanvar, AZƏRTAC
İtaliya Superkubokunun yarımfinal matçı keçirilib.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən matçda “Milan” “Yuventus” komandaları qarşılaşıb.
Oyun “Milan”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əvvəlcə Kənan Yıldız 21-ci dəqiqədə “Yuventus”u önə çıxarıb. Kristian Pulişiç 71-ci dəqiqədə penaltidən vurduğu qolla hesaba tarazlıq gətirib. Yeddi dəqiqə sonra “Yuventus”un müdafiəçisi Federiko Qatti avtoqola imza ataraq komandasını məğlub duruma düşürüb. Beləliklə “Milan” finalda “Atalanta”nı məğlub edən (2:0) “İnter”lə oynayacaq. Görüş yanvarın 6-da baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:42]
Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]