İtaliya Türkiyəyə səhra xəstəxanası göndərir
Roma, 10 fevral, AZƏRTAC
İtaliya donanmasına məxsus gəmi ilə Türkiyəyə səhra xəstəxanası göndəriləcək.
AZƏRTAC xəbər verir ki, səhiyyə xidmətlərinin göstəriləcəyi səhra xəstəxanası, həmçinin lazımi ilkin tibbi yardım materialları ilə təchiz olunub.
Bundan başqa, İtaliya zəlzələlərin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Türkiyəyə yanğınsöndürənlər və səhiyyə işçilərindən ibarət briqada göndərib. Bu qrup ümumilikdə 60 nəfərlik yüksəkixtisaslı mütəxəssisdən və koordinasiya üçün mülki müdafiə qüvvələrinin 10-dək şəxsi heyətindən ibarətdir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]