İtaliyada 6 milyonadək insan mütləq yoxsulluq şəraitində yaşayır
Roma, 15 oktyabr, AZƏRTAC
İtaliyada 2,2 milyon ailə və ya 5,7 milyon insan mütləq yoxsulluq şəraitində yaşayır. Bu da ümumi əhalinin 8,4 faizinə bərabərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.
Bildirilir ki, həmin insanlar qidadan tutmuş mənzilə, səhiyyəyə, nəqliyyata və ya təhsilə qədər zəruri məhsul və xidmətləri belə ödəyə bilmir. Mütləq yoxsulluq 1,8 milyondan çox əcnəbini əhatə edir ki, bu da hər 3 nəfərdən birinə bərabərdir (35,6 faiz).
Resursların çatışmazlığı ilə bağlı həyəcan yetkinlik yaşına çatmayan uşaq və gənclərə də təsir edir. İtaliyada 1,28 milyon uşaq və gənc mütləq yoxsulluq şəraitində yaşayır və bu kateqoriyadan olan insanların 13,8 faizinə bərabərdir. Bu da 2014-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Son 5 il ərzində ölkədə yoxsulların sayının 1,1 milyon artdığı bildirilib. Yoxsul ailələrin 44,5 faizi ölkənin şimalında, 39,8 faizi Cənubi İtaliyada, 15,7 faizi isə Mərkəzi İtaliyada yaşayır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]