İtaliyada ailələrin ümumi rifah səviyyəsi xeyli artıb
Roma, 12 may, AZƏRTAC
2017-ci ilin yekunlarına əsasən İtaliyada ailələrin ümumi rifah səviyyəsi alman ailələrindən xeyli yüksək olub.
AZƏRTAC Italiyanın quotidiano.net saytına istinadla xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı və İSTAT statistika agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2017-ci ilin yekunlarına əsasən italyan ailələrinin xüsusi mülkiyyəti 9,743 trilyon avro təşkil edib. Bu da ailələrin ümumi nağd gəlirlərindən səkkiz dəfə artıq olub.
Hesabatda italyan ailələrinin ümumi borclarının 926 milyard avro təşkil etdiyi qeyd edilib. Digər ölkələrə nisbətdə bu məbləğ italyan ailələrinin gəlirləri ilə müqayisədə azdır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:16]
Heyvanların identifikasiyası nə üçün vacibdir?
- 11.06.2026 [16:05]
Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub
- 11.06.2026 [15:19]