İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub
Roma, 18 sentyabr, AZƏRTAC
İtaliyanın müxtəlif regionlarında hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib, insan tələfatına səbəb olub.
AZƏRTAC xəbər verir ki, aramsız leysan yağışları ölkənin şərqindəki Foggia şəhərində daşqınlar törədib. Kiçik çayların məcrasından çıxması nəticəsində bəzi evləri su basıb, yollar və küçələr su altında qalıb.
Əlverişsiz hava şəraitində insanlara kömək etməyə çalışan mülki müdafiə qüvvələrinin əməkdaşı sel suları altında qalaraq vəfat edib. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi və müdafiə naziri Quido Krosetto bununla bağlı başsağlığı verib. Ankona və Peskara şəhərləri arasındakı avtomagistral nəqliyyatın hərəkətinə bağlanıb.
Emiliya-Romaniya regionunda “narıncı”, 11 bölgədə isə “sarı” xəbərdarlıq elan edilib. Ölkə ərazisində əlverişsiz hava şəraitinin qarşıdakı iki gün ərzində davam edəcəyi bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2026 [11:37]
BMT-nin Qadınlar Diplomatiyada Beynəlxalq Günü
- 24.06.2026 [11:28]
ABŞ-nin neft ehtiyatları azalıb
- 24.06.2026 [11:26]
Türkiyədə “brilyant” adı ilə sintetik almazların satışı qadağan edilib
- 24.06.2026 [11:17]
Rusiyanın Nijeqorod vilayətində PUA hücumu zamanı iki nəfər ölüb
- 24.06.2026 [11:11]
Türkiyədə bələdiyyələrə turizm məqsədləri üçün canlı yayım qadağan edilib
- 24.06.2026 [11:04]
Şimali Koreya donanmasını genişləndirir
- 24.06.2026 [10:58]
Hesabat: Dünyada milyarderlərin sayı 4 min nəfəri keçib
- 24.06.2026 [10:56]
Gelencik hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 24.06.2026 [10:46]
Qərbi Avstraliyada pilotun ölümü ilə nəticələnən təyyarə qəzası baş verib
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:28]
BMT Körfəzdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacaq
- 23.06.2026 [23:52]
Faiq Əhməd: İncəsənətin əsasında hər zaman fikir dayanır
- 23.06.2026 [23:39]
Əlilliyi olan uşaqların valideynləri üçün təlimlər təşkil edilib
- 23.06.2026 [23:20]
Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib
- 23.06.2026 [23:03]
Azərbaycan Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"
- 23.06.2026 [22:45]
Tramp: İranla bağlı işlər çox yaxşı gedir
- 23.06.2026 [21:58]