İtaliyada ilk dəfədir ki, koronavirusa yoluxma sayında azalma müşahidə olunub
Roma, 20 aprel, AZƏRTAC
İtaliyada virusa yoluxanların sayında ilk dəfə azalma müşahidə olunub. Martın 10-dan bəri ilk dəfədir ki, sutka ərzində cəmi 2256 nəfər virusa yeni yoluxmuş şəxs aşkarlanıb.
AZƏRTAC İtaliyanın Mülki Müdafiə şöbəsinin rəsmi açıqlamasına istinadla bildirir ki, indiyədək ölkə üzrə koronavirusa yoluxmuş 108 min 237 nəfər qeydə alınıb. Onlardan 2573-ü intensiv terapiyada, 24906-sı xəstəxanalardakı adi palatalardadır. Daha 80758-isə evlərində karantindədir.
İtaliyanın son 17 günlük statistikası onu göstərir ki, xəstəxanalara yerləşdirilənlərin sayı hər gün azalmaqdadır. Son bir sutkada ölü sayı 454-dür.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]