İtaliyada keçiriləcək Avropa çempionatında ölkəmizi 7 paracüdoçu təmsil edəcək
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo idman növü üzrə milli komandasının üzvləri İtaliyanın Kalyari şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
AZƏRTAC AMPK-ya istinadla xəbər verir ki, çempionatda ölkəmizin idman şərəfini 5 kişi və 2 qadın paracüdoçu qoruyacaq. Kişilərin yarışında İsmayıl Muradov (60 kq), Anar İsmayılzadə, Namiq Abaslı (hər ikisi 73 kq), Zakir Mislimov (90 kq) və İlham Zəkiyev (+90 kq) tatami üzərinə çıxacaqlar. Qadınların mübarizəsində isə Xatirə İsmiyeva və Dürsədəf Kərimova (hər ikisi +70 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Eyni zamanda Kalyaridə idmançılar üçün beynəlxalq həkimlərin iştirakı ilə tibbi təsnifat da keçiriləcək.
Avqustun 31-dən sentyabrın 5-dək davam edəcək yarış “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]