Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyanın “inFormazione Cattolica” nəşrində ermənilərin tarixi saxtalaşdırmasını ifşa edən məqalə dərc olunub

İtaliyanın “inFormazione Cattolica” nəşrində ermənilərin tarixi saxtalaşdırmasını ifşa edən məqalə dərc olunub

Bakı, 23 may, AZƏRTAC

İtaliyanın “inFormazione Cattolica” nəşri Azərbaycan politoloqu Fuad Axundovun ermənilərin tarixi saxtalaşdırmasını faktlar əsasında ifşa edən məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, bu məqalə Romadakı erməni Şurasının nümayəndəsi Mariam Ter-Ovannisyanın Azərbaycanın Müqəddəs Taxt-Tacda səfiri İlqar Muxtarovu “tarixi mistifikasiya etməkdə” ittiham edən məktubuna cavabdır.

Mariam Ter-Ovannisyanın öz fikirlərində səhvə yol verdiyini qeyd edən Fuad Axundov bununla bağlı konkret sübutlar göstərir.

Müəllif yazır: “Azərbaycan ərazisində müasir Ermənistanın yaradılmasının tarixi çox faciəlidir, çünki belə bir hal, xüsusən də XX əsrdə dünyanın heç bir ölkəsində baş verməyib. Bu bölgənin birilərinin əli ilə yaradılmış faciəsi Rusiyanın 1828-ci ildə Qacar İranından və Osmanlı imperiyasından 100 min ermənini buraya köçürməsindən dərhal sonra başlayıb. (S.Qlinka. “Rusiyanın sərhədləri daxilində Adderbican ermənilərinin köçürülməsinin təsviri”. Moskva, 1831. (s. 108, 114)”.

Müəllif yazır: “Ermənistanda bütün region üçün taleyüklü olan bu ən mühüm tarixi hadisəni xatırlamağı sevmirlər”. O əlavə edir ki, o zamanlar Avropanın bütün Cənubi Qafqaza aid coğrafi xəritələrinin yuxarısında Gürcüstan və 10 Azərbaycan xanlığı çox vaxt bir sözlə təsvir olunurdu – “Azərbaycan”. (The map of the 18th century German cartographer Georg Matthäus Seutter). Orada Ermənistan adlı heç nə yox idi. 1828-ci ildə ermənilərin bu torpaqlara köçürülməsindən sonra baş verən faciənin miqyasını dərk etmək üçün politoloq 1918-ci ildə Ermənistana çevrilən İrəvan xanlığının bundan sonra xarici memarlıq görkəminin necə dəyişdiyinə nəzər salmağı təklif edir: “Zəhmət olmasa, Ermənistanın indiki paytaxtı İrəvanın mərkəzi meydanının ümumi mənzərəsini həmin məkanın 1827-ci ildəki təsviri (buraya rus qoşunlarının gəldiyi vaxt) məşhur rus döyüş rəssamı Fran Rubonun fırçasına məxsus “İrəvan qalasının alınması” (https://roubaud.ru/sdacha-kreposti-erivani-1827-goda) tablosu ilə dəqiq müqayisə edin. Həmin rəsmə diqqətlə baxın. Məgər bu, xristian Ermənistanına bənzəyir? Rəsmdə təsvir olunan İrəvan qalası 1511-ci ildə azərbaycanlı Rəvanqulu xan tərəfindən tikilib və onun şərəfinə İrəvan adlandırılıb. Bütün İrəvan xanlığı, yəni müasir Ermənistanın ərazisi əsrlər boyu təxminən belə görünüb. Bu, tipik Azərbaycan (müsəlman) xanlığının zorla erməni (xristian) memarlığına, yəni orijinalın tam əksinə çevrilməsi məqsədilə onun dağıdılmış arxitekturası idi. 1965-ci ildə, yəni, o qədər də uzaq olmayan tarixdə şəhərin tarixi mərkəzini, orta əsr qalasını buldozerin altına vermək necə mümkün olmuşdu!? Azərbaycan mədəniyyətinin izləri beləcə məhv edilib”.

Fuad Axundov xatırladır ki, bütün bunlara paralel olaraq, Azərbaycan əhalisi tamamilə qovulub, məhv edilib, soyqırımına məruz qalıb. Nüfuzlu erməni alimi Zaven Korkodyanın yazdığına görə, cəmi iki il ərzində - 1918-1920-ci illərdə 130 min azərbaycanlı öldürülüb, 240 min nəfər didərgin salınıb, nəticədə 1916-cı ildə orada yaşayan 373 min 582 azərbaycanlıdan cəmi 10 min nəfər qalıb. Yəni, azərbaycanlı əhalinin 98 faizi qətlə yetirilib və qovulub. Bu soyqırımı haqqında təkcə Zaven Korkodyan deyil, həm də sovet müxbiri Anait Lalayan yazıb. (Z.Korkodyan. “Sovet Ermənistanının əhalisi: 1831-1931” (ermənicə), İrəvan, 1932, (s. 186); A.A. Lalayan, “Daşnaksutyun partiyasının əksinqilabı fəaliyyəti”; bax: Tarixi qeydlər. Məsul redaktor, akademik B.Qrekov. 2-ci cild. SSRİ Elmlər Akademiyasının nəşriyyatı, 1938-ci il, s. 100-104).

Təsəvvür etmək belə çətindir ki, Ermənistan prezidenti, yeri gəlmişkən, Qərbdə çox hörmətli siyasətçi olan Levon Ter-Petrosyan Ermənistanın azərbaycanlılardan azad olunması münasibətilə erməni xalqını şəxsən təbrik edib və bunu ermənilərin əzəli arzusu adlandırıb! Nəticədə Ermənistan regionda dörd çoxmillətli ölkə - Azərbaycan, Gürcüstan, İran və Türkiyə ilə əhatə olunmuş yeganə monoetnik dövlətə çevrilib”, - deyə müəllif vurğulayır.

Məqalədə daha sonra qeyd edilir ki, buna paralel olaraq, Stalin və onun xələflərinin fərmanları ilə bütün (ümumilikdə 2 minə yaxın) Azərbaycan toponim və hidronimlərinin adı tamamilə dəyişdirilərək erməniləşdirilib.

Bütün bunlara, məsələn, Böyük Sovet Ensiklopediyasında rast gəlmək olar. Burada müasir erməni adının yanında mötərizədə onun tarixi, azərbaycanca adı və Stalinin fərmanı ilə bu toponim və ya hidronimlərin adının dəyişdirildiyi tarix göstərilir.

Bax: https://www.booksite.ru/fulltext/1/001/008/100/487.htm və https://www.booksite.ru/fulltext/1/001/008/105/324.htm). Azərbaycanlı ekspert bildirir: “Dünyada heç bir ikinci ölkə yoxdur ki, XX əsrdə öz memarlıq, etnik və toponimik simasını tamamilə dəyişsin”.

O yazır: “Maraqlıdır ki, xanım Ter-Ovannisyan, ilk növbədə, Azərbaycanda xristian irsinin mövcudluğu faktını şübhə altına almağa çalışır, çünki onun fikrincə, Azərbaycan bir dövlət kimi 1918-ci ildə yaradılıb. Düzdür, xanım Ter-Ovannisyanın bunu hansı əsasla iddia etdiyi də tam aydın deyil. Azərbaycan ərazisində dövlətçilik ənənələri ən azı eramızdan əvvəl III minilliyə gedib çıxır. Arxeoloqlar və tarixçilər burada mədəni və linqvistik davamlılığı asanlıqla ayırd edə bilirlər. “Azərbaycan” adı isə ən azı eramızın əvvəlindən məlumdur.

1918-ci ildə Cənubi Qafqazda ilk dəfə olaraq nə Azərbaycan, nə də gürcü (yuxarıda qeyd etdiyim kimi, onlar bütün Avropa coğrafi xəritələrində əsrlər boyu müşahidə olunurdu) deyil, məhz erməni dövləti yarandı. Bəli, tarix boyu erməni dövlətləri də 1918-ci ilə qədər mövcud olub. Amma onların heç biri Qafqazda olmayıb. Doğrudur, qədim zamanlarda erməni dövlətləri olub. Amma onlar indiki Ermənistan Respublikasının olduğu ərazidə deyildilər. Konfransda nümayiş etdirdiyim (aprelin 10-da Vatikanda Müqəddəs Taxt-Tacın Papa Qrirorian Universitetində keçirilən “Azərbaycanda xristianlıq: Tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyasının irsi üzrə XII Beynəlxalq elmi konfransı nəzərdə tutulur) Vatikanın tarixi binalarından birinin tavanında bir neçə əsr əvvəl çəkilmiş həmin rəsm əsəri göstərir ki, həmin Ermənistan İrəvandan və Cənubi Qafqazdan kifayət qədər uzaqda yerləşirdi”.

Onun sözlərinə görə, 1918-ci ilin mayında yaranmış Ermənistan dövlətinin bu gün yerləşdiyi torpaqlarda ermənilərin kütləvi məskunlaşması 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi ilə başlayır.

Müəllif vurğulayır ki, 1918-ci ildə üç müstəqil respublika yaranan kimi, Ermənistan digər iki respublikaya (Gürcüstanda Axalkalaki və Borçalıya, Azərbaycanda isə Qarabağ və Naxçıvana) ərazi iddiaları irəli sürüb, işğalçılıq müharibəsinə başlayıb. Məqalədə qeyd olunur: “Bu gün Ermənistan Azərbaycandakı qədim alban kilsələrini, Gürcüstandakı qədim gürcü kilsələri erməni məbədləri adlandırır. Hazırda Gürcüstana münasibətdə də ərazi münaqişəsi “közərir”, lakin Ermənistan bunu qaynar fazaya çevirmir. Çünki Azərbaycan məsələsində bunu müsəlmanların xristianlara qarşı müharibəsi kimi qələmə verir və təəssüf ki, bəzən Gürcüstanda bu məsələdə öz tərəfdarlarını tapır. Amma xristian Gürcüstanına münasibətdə İrəvan anlayır ki, onun bu iddiaları keçməyəcək”.

Fuad Axundov yazır ki, bu baxımdan Azərbaycanda guya “xristian irsinin məhv edilməsi” ilə bağlı bəyanatı oxumaq da təəccüblü deyil. “Ancaq başqa bir məqama da diqqət çəkmək istərdik. Dərc olunmuş məktubun müəllifi hansı “məhv edilmiş xristian irsi”ndən danışdığını dəqiqləşdirməyib. Azərbaycan heç vaxt - HEÇ VAXT! - öz ərazisində kilsə və monastırları dağıtmayıb. Ola bilsin ki, yeganə istisna sovet dövründə SSRİ rəhbərliyinin tətbiq etdiyi “dinlə mübarizə” adı altında məscid, kilsə və sinaqoqların dağıdılması zamanı olub. Təəssüf ki, erməni təbliğatçıları, məsələn, işğal altında olan Azərbaycan şəhər və kəndlərinin uydurma erməni adları olan lövhələri belə qələmə verməyə hazırdırlar. Yaxud işğalçı Ermənistan ordusunun əsgər və zabitlərinin xatirəsinə ucaldılmış “xaçkarları”. Məgər kimlərsə ciddi şəkildə hesab edirlər ki, Azərbaycan bu “irsi” qoruyub saxlamalıdır?”, -deyə politoloq sualla müraciət edir.

O, daha bir misal çəkir və Ermənistanın 1992-ci ildə Azərbaycanın Laçın şəhərini işğal etməsi faktını göstərərək, oradan bütün əhalinin qovulduğunu qeyd edir: “Orada tam “etnik təmizləmə” aparılıb. 1996-cı ildə erməni işğalçıları azərbaycanlı İbrahimovlar ailəsinin evinin yerində dağıdılmış binanın tikinti materiallarından istifadə edərək kilsə tikiblər. Azərbaycan bu “xristian irsini” də qorumağa və mühafizə etməyə borcludur?”.

Politoloq vurğulayır: “Nəhayət, ən vacib məsələ. Bir qayda olaraq, sərhədlərə və ərazi bütövlüyünə hörmət edilir. SSRİ dağılanda, həm Azərbaycan, həm də Ermənistan 1991-ci il sərhədləri daxilində tanınıb. Azərbaycanın timsalında bu sərhədlərə Qarabağ da daxildir. Ona görə də Ermənistanın Qarabağda bütün hərəkətləri təcavüz və işğalçılıq idi. İşğal dövründən qalan bütün qeyri-qanuni tikililərin heç bir mədəni toxunulmazlığı yoxdur və təsnifata görə “dəyərli irs” sayıla bilməz. Onu da xatırladaq ki, Ermənistanın işğalı altında olan Azərbaycan ərazisinin 20 faizi görünməmiş etnik təmizləmə səhnəsinə çevrilib. İşğal nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşı öldürülüb və ya qaçqın düşüb. Livan və ya dörd Lüksemburq ərazisinə bərabər olan 10 min kvadrat kilometr ərazi tamamilə viran qalıb. Ən böyük şəhər olan Ağdamdan görün nə qalıb. İşğal altında olan Qarabağ dünya tarixində görünməmiş urbisid meydanına çevrilib. Burada hər şey - 67 məsciddən 64-ü, yaşayış binaları, məktəblər, xəstəxanalar, muzeylər, rəsm qalereyaları, hətta qəbiristanlıqlar və türbələr belə dağıdılıb.

Müəllif, həmçinin xatırladır ki, bu barbarlığa görə heç kim Azərbaycandan üzr istəməyib, heç kim cəzalandırılmayıb, bütün bunlar təbii qəbul edilib. “İndi isə Azərbaycandan hesabat tələb olunur ki, nə üçün ölkəmizin hakimiyyət orqanları işğalçılar tərəfindən quraşdırılmış Azərbaycan şəhərlərinin uydurma erməni adları olan lövhələri qorumayıb! Ona görə də erməni tərəfinin nümayəndələrindən tarixi irsin dağıdılması ilə bağlı mənəvi arqumentləri eşitmək bizim üçün ən azı qəribədir. Xanım Mariam Ter-Ovannisyana isə beynəlxalq humanitar hüquq sahəsində kiçik araşdırmalar aparmağı məsləhət görərdik”, -deyə politoloq məqalənin sonunda qeyd edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO