İtkin düşmüş şəxslərlə bağlı əməkdaşlığın gücləndirilməsi vacibdir - Panel iclası
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də “İtkin düşmüş şəxslərlə bağlı mövcud beynəlxalq çərçivə və silahlı münaqişə tərəfləri olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi vasitələri” mövzusunda panel iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, panel iclası “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində reallaşıb.
İclasda xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, Azərbaycan 30 ildir itkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı əziyyət çəkir. "Təəssüf ki, Ermənistan tərəfi bu məsələdə əməkdaşlıqdan yayınır”,- deyən nazir müavini insanların qeyri-qanuni şəkildə girov götürülməsini insan hüquqlarına zidd addım adlandırıb.
Mina problemi məsələsinə toxunan F.Rzayev bununla bağlı ölkələr arasında məlumat mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin mərkəzi axtarış agentliyinin rəhbəri xanım Florence Anselmo, İtkin düşmüş şəxslər üzrə beynəlxalq komissiyanın Siyasət və əməkdaşlıq direktoru Andreas Kleiser, Beynəlxalq insan haqları hüququ, BMT sistemi üzrə ekspert, Misir Britaniya Universitetində qonaq professor Afərin Şahidzadə və digər şəxslər çıxış edərək itkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
İclasda, həmçinin Serbiyanın sabiq Prezidenti Boris Tadiçin videomüraciəti dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [17:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [16:05]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [12:29]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [11:54]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:41]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:14]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]