Azərbaycan Dövlət İnformasiya Agentliyi

IV Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı üç gün davam edib

Ağsu, 22 mart, AZƏRTAC

Ağsu rayonunun Gəgəli kəndində IV Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib. Festivalın təşkilatçıları MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbi nəzdindəki Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupudur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç gün davam edən festivalda Türkiyə, Gürcüstan, İran, Dağıstan (Rusiya) və Hindistandan gələn folklor qrupları iştirak ediblər.

Festivalın birinci günü “Az-Granata” MMC-nin Ağsudakı şirə və şərab emalı zavoduna “Ağsunun dadlarını kəşf elə” ekoturu və Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinə "Ağsuda şəhər mədəniyyəti" arxeoturu təşkil edilib. Qonaqlar Ağsunun qədim və müasir zənginliklərini bir arada görüblər.

Festival çərçivəsində Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbin şagirdləri üçün professor Kübra Əliyevanın təqdimatında xalça bərpası yollarını öyrətmək məqsədilə ustad dərsi keçilib. Azərbaycan Xalçaçıları İctimai Birliyinin üzvləri, o cümlədən bədii tikmə ustası Səma Əmirova “Bədii tikmə növləri, kompozisiyanın qurulması, rəng seçimi, piləklə, muncuqla tikmənin əsasları”, texnika elmləri namizədi Elmira Qasımova “Mil və milçə ilə bədii hörmə”, Hökümə Qasımova “Azərbaycanın bədii tikmə sənətinin inciləri” və xoreoqraf Rasimə Əhmədova “Azərbaycan milli rəqsləri” mövzusunda ustad dərsləri keçiblər. Dərslərə məktəblilərlə yanaşı, yerli sakinlər və festivala gələn qonaqlar da qatılıblar.

Festival meydanında qurulan sərgidə Hindistan səfirliyi azadlıq mübarizi Mahatma Qandinin 150 illiyinə həsr olunan rəsmlər, informasiya panelləri, kitablar, jurnallar, açıqcalar nümayiş etdirib. Səfirliyin əməkdaşları festival iştirakçılarına Mahatma Qandi haqqında məlumatlar verib, onlara kitab və jurnallar hədiyyə ediblər.

Sərgi meydanında Nərgizava nekropolundan 2018-ci ilin arxeoloji tədqiqatları zamanı aşkar olunan arxeoloji materiallar, kənd sakinlərinin müxtəlif əl işləri, palaz və xalçalar, tərəkəmə alaçığı, yuxa və qutab bişirilməsi nümayiş olunub.

Festivalın ikinci günü Gəgəli kənd ümumi orta məktəbində açılış mərasimi olub. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Tərəkəmə Çərşənbəsi təşkilatçılara uğurlar arzulayıb, gələn qonaqlara təşəkkürünü bildirib.

MİRAS İctimai Birliyinin “İncilər” rəqs qrupu “Şən Azərbaycan” kompozisiyası əsasında modelyer Laləndər Novruzovanın hazırladığı milli geyimləri nümayiş etdirib.

Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna qeyd edib ki, Novruz bayramı Hindistanda da müxtəlif icmalar tərəfindən qeyd olunur. Bu, xalqlarımız arasındakı mədəni bağları göstərir. Səfir qeyd edib ki, festival meydanında Hindistanın böyük lideri, azadlıq mübarizi, qardaşlıq rəmzi Mahatma Qandiyə həsr olunan sərgi nümayiş etdirilir. Səfir kənd icması ilə gələcəkdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Rusiya Federasiyası Dağıstan Tərəkəmələri Cəmiyyətinin sədri Hacımahmud Əlifxanov qədim Azərbaycan şəhəri Dərbəndin və onun 10 para tərəkəmə kəndinin adından festival iştirakçılarını salamlayıb. Dərbənd tərəkəmələrinin azərbaycanlı olduqları ilə fəxr etdiklərini deyib. Bu festivala tərəkəmə ənənələrini öyrənməyə və gələcəkdə Dağıstanda belə festivalları keçirmək üçün təcrübə toplamağa gəldiklərini bildirib.

Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev, İran Aşıqlar Birliyinin sədri Ustad Səlcuq Şahbazi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev festival iştirakçılarını salamlayıblar.

Festival bədii hissə ilə davam edib. Əvvəlcə kənd ümumi orta məktəbinin nəzdindəki Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupunun məktəbli üzvlərinin maraqlı proqramla çıxışı olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqişünaslıq fakültəsinin dekanı, dosent Nərmin Qaralovanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri aşıqlar, xanəndələr, ifaçılar festival boyunca maraqlı musiqi çələngi təqdim ediblər. Hindistan səfirliyinin dəstəyi ilə festivala qatılan rəqqas Nərgiz Həsənova hind rəqsləri ifa edib. Şirvan aşıqları Aşıq Məhəmməd Ağsulu və Aşıq Amil Bicolu, Ağsu Xançoban folklor ansamblı, Türkiyə Cümhuriyyəti Qars Kafkas Universitetinin müəllimi Çetin Adıgüzel, Şöhrət Hüseynovanın rəhbərlik etdiyi Gürcüstan Respublikası Meydan Saz qrupunun aşıqları, İran Aşıqlar Birliyi (Aşıq Səlcuq Şahbazi və Aşıq Arif Həmidi) və Mişov aşıqlar qrupunun ustad aşıqları (Aşıq Əhəd Maliki, Bağır Heydəri, Tarıverdi Heydəri və Feriştə Əskəri) çıxış ediblər.

MİRAS-ın üzvlərindən ibarət "İncilər" qrupu "Tərəkəmə", “Qara qız”, “Ağ gül, qırmızı gül, bir də sarı gül”, "Yallı" rəqslərini xoreoqraf Rasimə Əhmədovanın quruluşunda, Gülşən Hüseynovanın təşkilatçılığı ilə təqdim edib. Hökumə Qasımovanın müəllifliyi ilə “Bahar sevincləri” uşaq bədii hörmə nümunələrinin dəfiləsi Gəgəli kəndindən olan uşaqların iştirakı ilə nümayiş olunub. MİRAS sədrinin müavini Orxan Qəmbərovun ideyası əsasında festival meydanında od, su, yel və torpağın rəmzi olan əşyaların köməyi ilə “MİRAS - mədəni irsimiz, rəmzlərimiz, abidələrimiz, sənətimiz” flaşmobu keçirilib.

Yerli sakinlər və qonaqlar yaxınlıqdakı dağda çərşənbə tonqalı yandırıblar, şamal atıblar. Oturma evlərində şam yeməyində Şirvan plovu yeyən festival iştirakçıları səhərə qədər oyaq qalaraq çillə çıxarıblar.

Festival iştirakçıları tərəkəmə çərşənbəsindəki tonqalı, ev heyvanlarının iki od arasından keçirilməsi mərasimi izləyiblər. Daha sonra oyaq qalan iştirakçılar özləri iki od arasından keçiblər.

Festivalın son günü bütün ifaçı, təşkilatçı və iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib