IX-X əsrlərdə Qırğız Xaqanlığına aid mumiyalanmış qadın cəsədi tapılıb
Bişkek, 12 fevral, АZƏRTAC
Qırğızıstan mətbuatının yaydığı məlumata görə, Monqolustanda IX-X əsrlərdə Qırğız Xaqanlığına aid mumiyalanmış qadın cəsədi tapılıb.
IX əsrdə qırğızların Yeniseydən Şərqi Türküstana, İrtışdan Kerulenə qədər uzanan ərazidə yaratdıqları dövlət Qırğız (Yenisey) Xaqanlığı adlanır.
Mumiyalanmış qadının libası, dəmir və bürünclə bəzədilən ayaqqabıları, xəz paltosu bunu deməyə əsas verir ki, o, yüksək təbəqəyə məxsus şəxs olub. Qadın hündürlüyü 2,8 metr, uzunluğu 3 metr olan məzarda dəfn edilib. Qəbirdə üzəngi, saxsı vaza, ağac piyalə, ləyən, dəmir qazan, at sümükləri, yastıq, qoyun kəlləsi, keçi sümükləri və kiçik dəri çanta da aşkarlanıb. Qadının ayağında isə həmin dövrə aid milli türk ayaqqabıları olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek