İYULDA “AZƏRENERJİ” SİSTEMİNDƏ 1,3 MİLYARD KİLOVAT-SAATDAN ÇOX ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, göstərilən həcmin 1,255 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 133 milyon kilovat-saatı su elektrik stansiyalarının payına düşür. Ötən ay ərzində 41 628 Hkall istilik enerjisi istehsal olunmuşdur. Bu ilin iyul ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı 14,1 faiz artmışdır.
Bununla yanaşı, iyul ayında qonşu dövlətlər – Rusiya, İran, Gürcüstan və Türkiyə ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir. 2003-cü ilin yanvar-iyul aylarında “Azərenerji” sistemi üzrə istehsal 12,383 milyard kilovat-saat-dan çox olmuşdur ki, bu da ötən ilin göstəricisindən 13,1 faiz çoxdur.
Göstərilən həcmin 10,617 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,766 milyard kilovat-saatı su elektrik stansiyalarının payına düşür. İlin əvvəlindən 528 280 Hkall elektrik enerjisi istehsal olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:56]
Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 10.08.2026 [18:43]
Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]