Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Jerusalem Post” qəzeti: Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir

“Jerusalem Post” qəzeti: Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir

Bakı, 16 yanvar, AZƏRTAC

Sovetlər dönəmində Azərbaycan - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrün (1918-1920-ci illər) hadisələri təhrif edilib və Azərbaycan tarixində çox cüzi xatırladılıb. Həmin dövrdə arxiv sənədləri həmişə qapalı olduğundan, tədqiqatçılar həqiqi tarixi öyrənə bilmir və bunu bilənlər isə qəsdən xalqa zidd adlandırırdılar. Lakin Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra məxfi və tam məxfi arxivlər açıldı, tamam başqa nöqteyi-nəzər yarandı. Bu yeni nöqteyi-nəzər Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi tarixinə əsaslanırdı. Məlum oldu ki, sovet dövründə böhtan atılmış tarix əslində qürur və fəxarət mənbəyidir. İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinin 15 yanvar 2018-ci il tarixli nömrəsində dərc edilmiş “Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir” sərlövhəli məqaləsi (http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/An-independent-and-strong-Azerbaijan-is-a-worthy-successor-of-the-Azerbaijan-Democratic-Republic-534693) bu barədədir.

Məqalə müəllifinin fikrincə, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycan xalqı, dövləti və cəmiyyəti üçün böyük əhəmiyyət kəsb edir. Arye Qut yazır: “Yüz il bundan əvvəl yaradılmış dövlət müasir Azərbaycanın bütün dünyada demokratik respublika kimi tanınmasında mühüm rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət mövcud olmasına baxmayaraq məhz həmin dövrdə Azərbaycan dövlətçiliyinin təməli qoyulub, bu təməl 1991-ci ildə müstəqilliyi bərpa ediləndən sonra müasir Azərbaycan quruculuğu üçün möhkəm platforma olub”.

İsrailli ekspert vurğulayır ki, İslam dünyasında ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilib. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd ediləcək. Azərbaycan Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. İl ərzində həm ölkədə, həm də onun hüdudlarından kənarda təntənəli tədbirlər keçiriləcək.

Məqalə müəllifi Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti barədə dediyi aşağıdakı sözləri sitat gətirir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir”.

Arye Qut qeyd edir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan tarixində mühüm hadisə və şanlı səhifələrdən biri oldu. Arye Qut yazır: “1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Monarxiyanı əvəz etmiş müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi, lakin müvəqqəti hökumətin hakimiyyəti çox davam etmədi. 1917-ci il oktyabr ayında dövlət çevrilişi baş verdi. Nəticədə Cənubi Qafqazdan olan Rusiya Müəssislər Məclisinin üzvləri Rusiyaya gedə bilmədilər. Onlar bunun əvəzində 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziya Seymi - Zaqafqaziya Parlamenti təsis etdilər. Seymin müsəlman fraksiyası Cənubi Qafqaz regionundan Müəssislər Məclisinə seçilmiş 44 nümayəndədən ibarət idi. Onlar Azərbaycanın və bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman sakinini təmsil edirdilər. Lakin ciddi ziddiyyətlər və milli maraqların münaqişələri hər hansı konkret addımlar atmaq üçün həm Zaqafqaziya Seyminin, həm də Zaqafqaziya respublikalarının imkanlarını məhdudlaşdırırdı. Nəhayət, 1918-ci il mayın 25-də Gürcüstan nümayəndə heyəti Seymi tərk etdi və 1918-ci il mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdi. 1918-ci il mayın 27-də müsəlman fraksiyasının üzvləri ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyinin elan olunması haqqında qərar qəbul etdilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycanın Milli Şurası, daha dəqiq desək Azərbaycan parlamenti elan etdi. Bu, əslində Azərbaycanda ilk parlamentin formalaşmasına və ilk parlament respublikasının əsaslarının yaradılmasına dəlalət edirdi”.

Məqalə müəllifi vurğulayır ki, Milli Şuranın sədri vəzifəsinə Məmmədəmin Rəsulzadə seçildi. İsrailli politoloq yazır: “1918-ci il mayın 28-də Həsənbəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda Azərbaycanın müstəqilliyi haqqında bəyannamə qəbul edildi”. Arye Qut daha sonra yazır: “Müstəqillik elan ediləndən sonra qısa müddətdə ölkənin sərhədləri müəyyən edildi. Müstəqilik bəyannaməsində ölkənin konkret ərazisi göstərilirdi. Sənəddə deyilir ki, Zaqafqaziyanın cənubunda və şərqində yerləşən Azərbaycan müstəqil dövlətdir. Vaxtilə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə uyğun olaraq Rusiya tərəfindən işğal edilmiş Şimali Azərbaycan torpaqları Azərbaycan xalqının qanuni irsidir. Bəyannamənin birinci maddəsində deyilir: “Bu gündən Azərbaycan suveren hüquqlara malik olacaq. Şərqi və cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan hüquqi cəhətdən müstəqil dövlətdir”.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi və hüquqi cəhətdən əsaslandırılmış xəritəsini çap etdi. Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini Qarabağ vilayətinin bütün tarixi ərazisinə şamil etməyə çalışırdı, lakin yeni yaradılmış Ermənistan Respublikası Qarabağ barəsində əsassız iddialar irəli sürməyə başladı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti isə bu iddiaların əleyhinə çıxış edirdi.

Arye Qut öz məqaləsində vurğulayır ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşov 1918-ci il noyabrın 18-də İstanbulda Osmanlı İmperiyasının xarici işlər naziri ilə danışıqlar zamanı deyib: “Ermənilər tərəfindən qaldırılan Qarabağ məsələsi təkcə 5 və ya 10 kəndə aid deyil, bu məsələ bütün 4 qəzanı: Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edir. Bu ərazi yalnız bir millətə məxsusdur və həmin ərazidə müsəlmanların və ermənilərin sayının bərabər olmamasına baxmayaraq ermənilərin üstünlüyü barədə danışmağa əsas yoxdur, çünki onlar bu rayonların yerli sakinləri deyildir. Onlar Rusiya ilə müharibədən sonra Türkiyədən bizim regiona köçüblər... nəhayət, ermənilər Qarabağın özündə ayrı yaşamırlar, onlar azərbaycanlılarla qarışıq yaşayış məntəqələri yaradırlar. Bununla belə, biz problemin dinc yolla nizamlanmasının tərəfdarıyıq”.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə erməni daşnaklar Qarabağı işğal etmək məqsədilə soyqırımı aktları törətməkdə davam edirdilər. Arye Qut yazır: “Yaranmış vəziyyəti, Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzurda qanlı hadisələri nəzərə alaraq Azərbaycan hökuməti 1919-cu ilin yanvarında Qarabağ general-qubernatorluğu təsisatı yaratdı və X.Sultanovu Qarabağ general-qubernatoru təyin etdi. Ermənistanın xarici işlər naziri bununla əlaqədar narazılığını bildirdi, lakin Azərbaycan hökuməti bu narazılığı əsassız hesab edərək bəyan etdi ki, həmin vilayətlər Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Qarabağ general-qubernatoru öz fəaliyyətini belə bir mürəkkəb şəraitdə həyata keçirməli idi. Bir tərəfdən Ermənistanın iddialarına qarşı mübarizə, digər tərəfdən əvvəlcə ingilislərlə, sonra isə amerikanlarla gərgin münasibətlər şəraitində. Lakin ermənilər regionda sülhün bərqərar olmasına heç cür imkan vermirdilər”.

İsrailli ekspert qeyd edir ki, Milli Şura 120 nəfərdən ibarət parlament formalaşdırmağı qərara aldı. Parlament 80 nəfər azərbaycanlıdan və başqa xalqların Azərbaycan əhalisinin tərkibindəki payına müvafiq olaraq onların nümayəndələrindən ibarət olmalı idi. Lakin Azərbaycanın müstəqilliyini istəməyən ermənilər parlamentin fəaliyyətində iştirak etmədilər. Parlamentin sonuncu sessiyası 1920-ci il aprelin 27-də keçirildi. Parlament 155 iclas keçirib, 270-dən çox qanun layihəsini müzakirə edib, onlardan 230-u qəbul edilib. Parlament 11 fraksiyadan ibarət idi. Parlamentin sədri Əlimərdanbəy Topçubaşov, onun müavinləri isə Həsənbəy Ağayev və Məmmədyusif Cəfərov idi”.

Arye Qut qeyd edir ki, 17 ay fasiləsiz fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti parlamenti bütövlükdə Azərbaycan dövlətçiliyi tarixində silinməz izlər qoyub.

Arye Qut yazır: “İlk dəfə olaraq ölkənin bütün vətəndaşları sosial statusundan, cinsindən, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar əldə etdilər. Qadınlar Avropanın bəzi ölkələri və ABŞ ilə müqayisədə onlardan daha tez kişilərlə bərabər səsvermə hüququ qazandılar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yəhudi icmasının mühüm və dəyərli rolu barədə Azərbaycanın hüdudlarından kənarda məlumatı olan insanlar azdır. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə naziri yəhudi doktor Yevsey Gindes, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Mərkəzi Bankın direktoru Mark Mixayloviç Aberquz olub. Bu, fantastika deyildi, reallıq idi: ilk Azərbaycan hökumətində yəhudi icmasının iki nümayəndəsi nazir olub. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə yəhudi icmaları “Qafqaz yəhudi bülleteni”, “Fələstin” qəzeti, “Bilbao” və “Sion gəncləri” adlı mətbu nəşrlər dərc edirdi”.

Məqalə müəllifinin fikrincə, Azərbaycan Xalq Cümhuriyyətinin çox əlverişsiz şəraitdə mövcud olmasına baxmayaraq Azərbaycan hökuməti və parlamenti elmin, təhsilin və səhiyyənin inkişafına daim ciddi diqqət yetirirdi. İsrailli ekspert yazır: “Demək olar ki, ölkənin hər yerində bir sıra orta məktəblər, o cümlədən qızlar üçün orta məktəblər, uşaq bağçaları, pedaqoji tədris kursları, kitabxanalar açılmışdı. Kənd rayonlarında yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə klinikalar və tibbi yardım məntəqələri şəbəkəsi nəzərdə tutulmuşdu. 1919-cu il sentyabrın 1-də Parlament tərəfindən Bakı Dövlət Universitetinin yaradılması haqqında qəbul edilmiş qanun xüsusi diqqətə layiqdir. Milli universitet yaradılması Azərbaycanın çox böyük tarixi nailiyyəti oldu”.

Lakin Arye Qutun sözlərinə görə, gənc müstəqil respublika dünya birliyi tərəfindən tanınmamışdı. 1919-cu ilin yanvar ayında parlamentin sədri Əlimərdanbəy Topşubaşovun rəhbərliyi ilə ilk Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti Paris Sülh Konfransına göndərildi. Bu nümayəndə heyətinin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlət kimi tam və qeyd-şərtsiz müstəqilliyinin bütün dünyada tanınmasına nail olmaq idi.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə dünya birliyinə inteqrasiya etmək üçün böyük diplomatik iş görmüşdü. Hikmət Hacıyev vurğulayır: “Burada, ilk növbədə, Paris Sülh Konfransını qeyd etmək lazımdır. Azərbaycan diplomatlarının səyi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti dünya birliyi tərəfindən de-fakto tanındı. Bundan əlavə, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi yaradıldı, bu nazirliyin yaradıldığı gün - 9 iyul isə ölkəmizdə Diplomatik İşçilər Günü kimi qeyd edilir”.

Arye Qut İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda qeyd edir ki, qanlı hərbi əməliyyat nəticəsində sovet Rusiyası tərəfindən Azərbaycanın işğal edilməsi faktına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti milli azadlıq hərəkatı tarixində böyük iz qoyub. O yazır: “Azərbaycan Xalq Cümhuriyyəti 23 ay davam etmiş fəaliyyəti dövründə əyani şəkildə göstərdi ki, hətta ən qəddar və zülmkar müstəmləkə rejimləri də Azərbaycan xalqının azadlıq ideyalarını və milli dövlətçilik ənənələrini məhv edə bilməyib.

Azərbaycan tarixində ilk parlament respublikası olmuş Azərbaycan Xalq Cümhuriyyəti bütün Yaxın Şərqdə, o cümlədən türk-müsəlman dünyasında hüququn aliliyinə əsaslanan ilk demokratik dünyəvi dövlət modeli idi. Bu gün müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi strukturuna, dövlət quruculuğu prosesində atılmış addımlara, habelə özünün son məqsəd və hədəflərinin səviyyəsinə görə ənənəvi Avropa demokratiyaları səviyyəsinə çatıb.

1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlətçilik ənənələrindən istifadə edib və bu tarixi irs əsasında müstəqil Azərbaycan dövləti yaradıb”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 120,68 dollara satılır

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub