Jil de Ferran: İki həftədən sonra Bakıda daha uğurla çıxış edəcəyimizə ümid bəsləyirik
Bakı, 15 aprel, AZƏRTAC
Biz bir daha əmin olduq ki, idmanda güzəşt yoxdur. Birinci dövrədə baş verən insident komandanın yürüşünü korladı. Lakin biz mübarizəyə davam etdik və finişədək bütün imkanlarımızı ortaya qoyduq.
AZƏRTAC xəbər verir ki, “McLaren”in idman direktoru Jil de Ferran Formula 1 çempionatının Çin Qran-Prisindən sonra bu sözləri deyib.
“Yekun ürəkaçan olmasa da, buna baxmayaraq, uik-end bizə müsbət nəticələr çıxarmağa imkan verdi. Birincisi, xal qazana bilmiş rəqiblərin fonunda bizim yürüş tempimiz heç də pis deyildi. İkincisi, özünəməxsus unikal Çin trası bolidin davranışı barədə daha çox məlumat toplamağa şərait yaratdı. Buna görə də iki həftədən sonra Bakıda daha uğurla çıxış edəcəyimizə ümid bəsləyirik”, - deyə Jil de Ferran qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]