Jo An Barnhart: Azərbaycanda seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycanda parlament seçkilərinə hazırlıq yüksək səviyyədə aparılıb. Bu cür hazırlıq seçkilərin şəffaf və ədalətli keçəcəyini deməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Artur Filkenşteyn və Assosiasiya” şirkətinin əməliyyatlar üzrə direktoru Jo An Barnhart Secki-2015.az saytına açıqlamasında deyib.
O bildirib ki, təmsil etdiyi qurumun təklifi ilə “exit-poll” keçirmək üçün ABŞ-dan 25 mütəxəssis dəvət edilib:
“Əməkdaşlarımız arasında professorlar, müəllimlər və tələbələr də var. Biz 2013-cü ildə keçirilən prezident seçkilərində də burada işləmişik. O zaman da şəffaf seçkilərin keçirilməsinin şahidi olduq. Azərbaycanda yenidən olmaqdan çox məmnunam. Deyə bilərəm ki, Azərbaycan çox yaxşı seçki keçirmək təcrübəsinə malikdir. Şəffaf mühit seçkinin ədalətli keçirilməsinə zəmin yaradır”.
Amerikalı mütəxəssis ölkəmizdə hər hansı çatışmazlıq və nöqsanla rastlaşmadığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]