Kaliforniyada atışma nəticəsində doqquz nəfər həlak olub
Bakı, 26 may, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərində atışma nəticəsində şübhəli də daxil olmaqla, doqquz nəfər həlak olub.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, yerli polisin nümayəndəsi Rassel Devisin sözlərinə görə, həmçinin çox sayda yaralananlar var.
Hadisə çərşənbə günü səhər saatlarında şəhər mərkəzindəki deponun ərazisində baş verib. Atəş VTA dəmir yolu kompaniyasının işçisi tərəfindən açılıb. Güc strukturundakı mənbə LATimes qəzetinə bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs evinə od vuraraq VTA həmkarlar ittifaqının üzvləri ilə görüşməyə gedib və orada toplaşanları atəşə tutub.
Təhqiqatın gedişinin Ağ ev administrasiyasında izlənildiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]