Kamboca və Tailand arasında münaqişə səbəbindən 530 minə yaxın insan evlərini tərk edib
Bakı, 10 dekabr, AZƏRTAC
Kamboca və Tailand arasında baş verən sərhəd münaqişəsi səbəbindən 530 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
AZƏRTAC xəbər verir ki, Kamboca Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin altı əyalətində 127 min nəfər təhlükəsiz ərazilərə köçürülüb.
Döyüşlər nəticəsində yeddi mülki şəxs həlak olub.
Tailandın hakimiyyət orqanları isə ölkənin sərhədyanı əyalətlərinin 400 mindən çox sakininin təxliyə edildiyini bildirib.
Qeyd edək ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Dekabrın 9-da Tailand Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Oddar-Miençey əyalətinin inzibati mərkəzi Samrounq şəhərini bombalayıb. Hava hücumları nəticəsində yaşayış binalarına və infrastruktur obyektlərinə ciddi zərər dəyib. Son məlumatlara görə, döyüşlər nəticəsində Kamboca ordusunun azı yeddi, Tailand ordusunun isə beş əsgəri həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]