KANADA İLƏ İKT SAHƏSİNDƏ ƏMƏKDAŞLIQGENİŞLƏNİR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı nümayəndə heyəti Ottava Araşdırma və İnnovasiya Mərkəzinin prezidenti Cefri Deyl ilə görüşmüşdür. Görüşdə Kanadanın İT sənayesinin “xaç atası”, “Doyltech” şirkətinin prezidenti Denzil Doyl və meneceri Qlen Makduqal da iştirak etmişlər.
Daha sonra nümayəndə heyəti Kanadanın Sənaye Nazirliyinin İnformasiya və Kommunikasiya Texnologiyaları Departamentində bir neçə görüş keçirərək ayrı-ayrı sahələr üzrə təqdimatlarla tanış olmuşdur. İ.Məmmədov Azərbaycanda reallaşdırılan İKT layihələri haqqında məlumat verərək bəzi statistik göstəriciləri müqayisəli şəkildə diqqətə çatdırmışdır.
Nümayəndə heyəti Kanada Milli Araşdırma Şurasının İnformasiya Texnologiyaları institutunun Biznes inkişafı üzrə direktoru Corc Forester və Beynəlxalq Əlaqələr üzrə koordinator Lorena Meysl ilə də görüşmüşdür. Söhbət zamanı bu sahədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun bəzi sahələr izrə əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Səfər çərçivəsində nümayəndələrimiz İKT üzrə digər qurumların təqdimatları ilə tanış olmuşlar.