Kanada Rumıniyanın atom energetikasına 3 milyard dollar ayıracaq
Bakı, 20 sentyabr, AZƏRTAC
Kanada iki nüvə reaktorunun inşası üçün Rumıniyaya 3 milyard dollar ayıracaq.
AZƏRTAC xəbər verir ki, The Canadian Press agentliyinin məlumatına görə, artıq iki dövlət arasında müvafiq saziş imzalanıb. Razılaşmaya əsasən, Rumıniya bu vəsaiti Kanada kompaniyalarının məhsulları və xidmətləri üçün xərcləyə bilər.
Rumıniyanın energetika naziri Sebastyan Burcua Buxarestin enerji daşıyıcıları sahəsində Rusiyadan asılı olmadığını və öz qonşularına da bu məsələdə yardım edə biləcəyini deyib.
Yeni reaktorlar Rumıniyanın 1996-cı ildə istifadəyə verilən yeganə atom elektrik stansiyasında quraşdırılacaq. Hazırda orada Kanadanın “Candu” texnologiyası ilə qurulan və hər biri 700 meqavat enerji istehsal edən iki reaktor fəaliyyət göstərir. Onlar ölkənin elektrik enerjisinə tələbatının təxminən 20 faizini təmin edir.
Ötən həftə ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller Rusiyadan enerji daşıyıcıları idxal edən bəzi Avropa İttifaqı ölkələrinin həmin tədarüklərdən tez bir zamanda imtina edə bilməyəcəklərini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [12:21]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
- 07.06.2026 [11:44]
Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]