SİYASƏT
Kanak Birliyinin təmsilçisi: Fransa Kaledoniyanı maliyyə asılılığı olan bir bölgəyə çevirib
![Kanak Birliyinin təmsilçisi: Fransa Kaledoniyanı maliyyə asılılığı olan bir bölgəyə çevirib](/files/2023/3/1200x630/16977897304408450003_1200x630.jpg)
Bakı, 20 oktyabr, AZƏRTAC
Bizim azadlığımızla bağlı aktual problemlər davam edir. Kaledoniya hələ də Fransanın müstəmləkəsidir. 1953-cü ildən bəri bu tarixi yaşayırıq, bizə qarşı çox böyük ədalətsizliklər var.
AZƏRTAC xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Kanak Birliyinin təmsilçisi Davi Nikolas Bolo deyib.
O qeyd edib ki, Fransa yerli xalqların torpaqlarını alır, əhalini isə sürgün edir. Müstəmləkələrdə fəaliyyət göstərən ictimai şəxslər öldürülür.
“Bizim xalqımıza qarşı qeyri-qanuni siyasət aparılır. Kaledoniyada ciddi korrupsiya aktları var. Seçkilərdə bunu açıq şəkildə görmək olur. Resurslarımız Fransa tərəfindən istismar edilir. Təbii sərvətlərlə zəngin ölkə olsaq da əhalinin yoxsulluq dərəcəsi olduqca yuxarıdır. Fransa Kaledoniyanı maliyyə asılılığı olan bir bölgəyə çevirib. Beynəlxalq platformalar 200 ilə yaxın müddət ərzində Fransanın davam etdirdiyi absurd müstəmləkə siyasətinə hələ də susur. Fransa dövləti öz öhdəliklərini yerinə yetirmir və bölgədə hər zaman işsizlik, aclıq, irqçilik hökm sürür. Diplomatiya sahəsində ciddi boşluqlar var. Eyni zamanda, biz iqlim dəyişikliyi ilə bağlı çətinliklər yaşayırıq. Orada insanlar öz mədəni mənsubiyyətini itirir. Gənclər xarici ölkələrə getməyə məcbur olurlar”, - deyə Kanak Birliyinin təmsilçisi bildirib.