“Karabakh is Azerbaijan”: Şahmatçılar "Shusha Cup”da güclərini sınayacaqlar
Bakı, 10 fevral, AZƏRTAC
“Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının 5-ci turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin baş sponsoru olduğu seriya yarışının 5-ci mərhələsi olan "Shusha Cup” fevralın 14-də baş tutacaq.
Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Turnirdə vaxt nəzarət 3 dəqiqə+ hər gedişə 2 saniyə olacaq.
Qeyd edək ki, indiyədək keçirilmiş dörd turnirdə Azərbaycan, Türkiyə, Ukrayna və Hindistandan iki yüzə yaxın şahmatçı iştirak edib. Seriya ümumilikdə səkkiz turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]