Karantin qaydalarını pozaraq çimərliyə gedənlər cəzalandırılıb
Bakı, 14 iyun, AZƏRTAC
Qaradağ rayonu Səngəçal qəsəbəsində sərt karantin qaydalarını pozaraq çimərliyə gedən 8 nəfər müəyyən edilib.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb və onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırılıblar.