Karantin qaydalarını pozaraq toy məclisində iştirak edən daha 17 nəfər cərimələnib
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha 17 nəfər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.
Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə müxtəlif məbləğlərdə cərimə ediliblər.