“KARİKATURA QALMAQALI”NA GÖRƏ DANİMARKA HÖKUMƏTİNİ TƏQSİRKAR GÖRÜRLƏR
Ekspertlər hökuməti yaranmış münaqişəni müzakirə etmək istədiklərini bildirən müsəlman dövlətlərinin nümayəndələri ilə görüşdən boyun qaçırdığına görə qınamışlar. Keçən ilin payızında Danimarkanın Baş naziri Anders Foq Rasmussen “Yullands-Posten”də ilk karikaturalar dərc olunduqdan dərhal sonra onunla görüşmək istəyən 11 müsəlman ölkəsinin səfirlərini qəbul etməmişdir.
Məruzədə deyilir: “Münaqişənin gedişində hökumətin özünü belə aparması karikaturalara nisbətən daha böyük problem doğurmuşdur. Halbuki Baş nazir müsəlman səfirləri ilə görüşüb, məsələni müzakirə etməli idi”.
Ekspertlər bildirmişlər ki, “hökumət, həqiqətən, onlarla dialoqa girmək istəməmişdir. Danimarka digər tərəfin - müsəlman dövlətlərin nöqteyi-nəzərini qəbul etmədi və dialoqa hazırlığa öz dəyərlərinin nüfuzdan salınması kimi baxdı”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]