KATV1 “NETTY2015”in partnyorudur
Bakı, 8 aprel, AZƏRTAC
KATV1 şirkəti “NETTY2015” Azərbaycan Milli İnternet Mükafatının baş partnoru oldu.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, partnyorluq çərçivəsində müsabiqənin bütün qalibləri operatordan internet televiziyasına baxmaq üçün ən yeni resiverlər hədiyyə alacaqlar və şirkətin xidmətlərinə qoşulmaq imkanını qazanacaqlar.
KATV1-in daim təkmilləşən məhsullarına (rəqəmsal yayımdan servislər başqa) yüksək surətli internetin istifadəsi də daxildir. Bu xidmətin mövcudluğu internet layihələrin inkişafı üçün real platforma yaradır və məlumatların ötürülməsi üçün yüksək surətlər tələb edir.
Hazırda KATV1 öz abunəçilərinə 5 meqabit saniyədən ( Mbit/s) 100 Mbit/s-dək surətli internetə qoşulmaq imkanını yaradıb.
Xatırladaq ki, sayt-iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu cari il aprelin 24-dək davam edəcək. Mayın 4-dən, NETTY-nin nominantlarını müəyyən etmək məqsədilə Ekspert Şurasının və virtual münsiflər heyətinin səsverməsi həyata keçiriləcək. Mayın 5-də NETTY Akademiyasının səsverməsi başlayacaq.
Akademiya nominasiyalar üzrə mükafatın qalibini müəyyən edəcək. Göstərilən müddət ərzində, müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçiriləcək. “NETTY2015” nominasiyalarının finalçıları rəsmi olaraq təntənəli mərasimdə elan olunacaqlar. Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi - qaliblərə təntənəli surətdə təqdim ediləcək.