Kaxa Kaladze: Viza rejiminin ləğvinə dair bəyanatlar Gürcüstana qarşı şantajdır
Tbilisi, 23 sentyabr, AZƏRTAC
Ölkəmizdə seçkilər yaxınlaşdıqca Avropa İttifaqının Gürcüstana təzyiqləri artır. Bunlardan biri də Gürcüstan vətəndaşlarının Avropa ölkələrinə vizasız gediş-gəlişi ləğvi məsələsidir. Düşünürəm ki, bu, sadəcə olaraq, Aİ tərəfindən Gürcüstana qarşı adi bir şantajdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tbilisi şəhərinin meri, hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının Baş katibi Kaxa Kaladze söyləyib.
Onun sözlərinə görə, seçkilər yaxınlaşdıqca, Qərbin “biz vizanın liberallaşdırılmasını ləğv edirik, filan prosesə başlayırıq, konkret addımlar atacağıq” kimi bəyanatları daha da aktivləşəcək.
"Viza rejiminin liberallaşdırılmasını dayandırmaq bürokratik baxımdan çox çətindir”, - deyə Kaxa Kaladze vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]