Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kayrat Osmonaliyev: Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir

Kayrat Osmonaliyev: Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir

Qırğızıstan Azərbaycan üçün “şərq qapısı”na çevrilir

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycan-Qırğızıstan münasibətləri 2026-cı ildə strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik və geoiqtisadi qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni mərhələsinə keçib. Xüsusilə vacib məqam ondan ibarətdir ki, nəqliyyat və investisiyalar vahid strategiyada birləşdirilməyə başlayır. Cari il iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində tərəflər müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalayıb, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalı isə 200 milyon dollaradək artırılıb. Prezident İlham Əliyev bununla yanaşı, bu məbləğin də son hədd olmadığını açıq şəkildə qeyd edib. Qırğızıstan-Azərbaycan münasibətləri tədricən qardaşlıq diplomatiyasından qarşılıqlı bağlılığın geoiqtisadiyyatına keçir. Qırğızıstan şərq tranzit potensialını, hidroenergetikanı, aqrar resursları, turizm imkanlarını və Mərkəzi Asiya bazarlarına çıxışı təmin edir. Azərbaycan isə Xəzərə çıxışı, nəqliyyat infrastrukturunu, logistika sahəsində təcrübəsini, energetika üzrə imkanlarını, həmçinin Cənubi Qafqaz, Türkiyə və Avropa bazarlarına çıxışı təmin edir.

Bunu AZƏRTAC-a müsahibəsində Qırğızıstanın Azərbaycandakı sabiq səfiri Kayrat Osmonaliyev deyib.

- Bişkekdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Türkmənistan və Xəzər dənizi üzərindən Azərbaycana uzanan Orta Dəhlizə inteqrasiyasının strateji əhəmiyyəti necə qiymətləndirilir?

- Mən Çin-Qırğızıstan-Özbəkistan (ÇQÖ) dəmir yoluna yalnız Qırğızıstanın milli infrastruktur layihəsi kimi deyil, Orta Dəhlizin şərq istiqamətində mühüm davamı kimi yanaşardım. Burada nəzərə alınmalı məqam ondan ibarətdir ki, söhbət vahid və dəyişməz marşrutdan getmir. Orta Dəhlizin Qazaxıstan üzərindən keçən şimal Xəzər qolu ilə yanaşı, Özbəkistan-Türkmənistan-Xəzər-Azərbaycan marşrutunu əhatə edən və getdikcə daha çox əhəmiyyət qazanan cənub qolu da mövcuddur. Azərbaycan tərəfi Xəzər istiqamətini Türkmənbaşı, Aktau, Kurık və Bakı limanlarını əhatə edən geniş nəqliyyat şəbəkəsi kimi nəzərdən keçirir. ÇQÖ dəmir yolunun tikintisi isə bu şəbəkənin yük bazasının genişlənməsinə imkan yarada bilər.

Xüsusilə cənub marşrutunun perspektivləri diqqət çəkir. ÇQÖ dəmir yolunun istifadəyə verilməsi Qırğızıstan–Özbəkistan–Türkmənistan–Türkmənbaşı limanı istiqamətində yeni nəqliyyat bağlantısının formalaşmasına şərait yarada bilər. Regionun biznes dairələri də bu marşrutun Qazaxıstan üzərindən keçən alternativ istiqamətlərlə müqayisədə daha əlverişli tariflər və daha az yüklənmə baxımından üstünlüklər yarada biləcəyini gözləyirlər.

Qırğızıstan baxımından layihənin strateji əhəmiyyəti daha genişdir. ÇQÖ dəmir yolu ölkəni Çin–Mərkəzi Asiya yük axınlarının son nöqtəsindən Xəzər üzərindən Azərbaycana, oradan isə Türkiyə və Avropa bazarlarına çıxan Trans-Avrasiya nəqliyyat zəncirinin mühüm həlqəsinə çevirə bilər. Dəmir yolu əlaqələri baxımından məhdud imkanlara malik Qırğızıstan üçün bu, həm beynəlxalq tranzit, həm də daxili nəqliyyat inteqrasiyası baxımından mühüm addımdır. Ölkənin mövcud dəmir yolu şəbəkəsinin parçalanmış olması və şimal ilə cənub arasında birbaşa bağlantının olmaması yeni layihənin əhəmiyyətini daha da artırır.

Azərbaycan üçün isə Qırğızıstan Orta Dəhlizin şərq istiqamətində mühüm tərəfdaşa çevrilə bilər. Burada tərəflərin maraqları bir-birini tamamlayır: Qırğızıstanın dünya bazarlarına daha səmərəli çıxışa, Azərbaycanın isə sabit və artan şərq yük axınına ehtiyacı var. Azərbaycan artıq dəhlizin qərb hissəsində mühüm infrastruktura - Ələt limanına, Bakı–Tbilisi–Qars dəmir yoluna və Xəzər üzrə nəqliyyat imkanlarına malikdir. Buna görə Azərbaycan–Qırğızıstan əməkdaşlığının perspektivləri yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, daha geniş tranzit və regional əməkdaşlıq müstəvisinə keçir.

Bu baxımdan perspektivli nəqliyyat zəncirini Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər-Azərbaycan-Gürcüstan/Türkiyə-Avropa istiqamətində təsəvvür etmək mümkündür.

Beləliklə, ÇQÖ dəmir yolunun Orta Dəhlizə inteqrasiyası Qırğızıstanın bu nəqliyyat sistemində kənarda qalan ölkə deyil, onun şərq istiqamətində əsas quru nəqliyyat qovşaqlarından biri kimi formalaşmasına imkan yarada bilər. Eyni zamanda, layihə Mərkəzi Asiya ilə Azərbaycan arasında iqtisadi və logistika əlaqələrinin dərinləşməsinə, Orta Dəhlizin yük bazasının genişlənməsinə və Çin–Avropa arasında alternativ nəqliyyat bağlantılarının güclənməsinə xidmət edə bilər.

- Qırğızıstan iqtisadiyyatının hansı sektorları, - energetika, logistika, turizm, kənd təsərrüfatı, - Azərbaycan biznesində daha böyük real maraq doğurur?

- Mən burada hər dörd sektoru eyni səviyyədə qiymətləndirməzdim. Energetika ən aktual istiqamətdir. Bu, artıq sadəcə potensial maraq deyil. 2025-ci ildə Fond, digər layihələrlə yanaşı, İssık-Kul və Oş vilayətlərində iki kiçik SES layihəsini maliyyələşdirib. Buna görə də mən üç istiqamətdə inkişaf gözləyərdim: kiçik və orta hidroenergetika, enerji infrastrukturu, neft məhsullarının tədarükü və energetika sahəsində əməkdaşlıq. Sonuncu istiqamət xüsusilə maraqlıdır, çünki cari ilin iyulunda energetika sahəsində əməkdaşlığa dair sənədlər və 2026-2028-ci illər üçün yol xəritəsi imzalanıb.

Logistika potensial baxımdan ən strateji sektordur. Energetika ən aktual sahədirsə, logistika strateji baxımdan ən əhəmiyyətli sahəyə çevrilə bilər. Üstəlik, söhbət yalnız dəmir yolundan getmir. Quru limanlara, multimodal terminallara, anbarlara, soyuducu komplekslərə, nəqliyyat-ekspedisiya şirkətlərinə, yüklərin izlənməsi üzrə rəqəmsal sistemlərə, sığorta və ticarətin maliyyələşdirilməsi xidmətlərinə ehtiyac yaranacaq.

Özbəkistan tərəfi açıq şəkildə bildirir ki, Orta Dəhlizin inkişafı quru limanlara, terminallara, anbarlara, soyuducu anbarlara, təmir müəssisələrinə, sığorta, maliyyə və rəqəmsal xidmətlərə tələbat yaradır. Burada Azərbaycan biznesinin Xəzər nəqliyyat qovşağı ilə işləmək təcrübəsi sayəsində təbii rəqabət üstünlüyü var.

Aqrar-sənaye kompleksi ən praktik istiqamətdir. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu ilk vaxtlardan aqrar-sənaye kompleksini, bağçılığı, emalı və tekstil sənayesini prioritet istiqamətlər sırasına daxil edib. Lakin mən sadəcə kənd təsərrüfatı xammalının ixracına deyil, birgə istehsal zəncirlərinin yaradılmasına diqqət yetirərdim: qırğız xammalı - Azərbaycan texnologiyaları və kapitalı - Qırğızıstanda emal - Xəzər üzərindən ixrac. Məhz belə bir model hər iki tərəf üçün daha maraqlıdır.

Turizm sahəsində də əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Bu istiqamət daha uzunmüddətli perspektiv daşısa da, xüsusilə İssık-Kul gölü Qırğızıstanın əsas turizm üstünlüklərindən biridir. Azərbaycanın hotelçilik və turizm infrastrukturu sahəsində təcrübəsinin Qırğızıstanın dağ, sağlamlıq və ekoturizm potensialı ilə birləşdirilməsi yeni imkanlar yarada bilər. 2026-cı ildə Şuşa ilə Çolpon-Ata, Qəbələ ilə Karakol, Gəncə ilə Oş şəhərləri arasında qardaşlaşma haqqında sazişlərin imzalanması da bu baxımdan əhəmiyyətlidir. Bu təşəbbüslər gələcəkdə iki ölkə arasında yalnız mədəni əlaqələrin deyil, həm də qarşılıqlı turizm marşrutlarının inkişafına zəmin yarada bilər.

- Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının 200 milyon dollara çatdırılmasını və bunun ÇQÖ-Türkmənbaşı-Xəzər-Bakı-BTQ marşrutu ilə əlaqəsini necə qiymətləndirirsiniz?

- Məncə, bu, sadəcə kəmiyyət deyil, keyfiyyət baxımından da bir addımdır. İlkin olaraq Fondun kapitalı 25 milyon dollar təşkil edirdi. Daha sonra bu məbləğ 100 milyon dollaradək artırıldı, indi isə 200 milyon dollara çatdırılıb. Bununla yanaşı, 2026-cı ilin ortalarına doğru Fond artıq fəaliyyətinin əsas mərhələsində idi. 11 təşəbbüs təsdiqlənmiş, təxminən min iş yeri yaradılmış, daha 30-a yaxın layihə isə nəzərdən keçirilməkdə idi. Prioritetlər sırasında energetika, logistika, sənaye və kənd təsərrüfatı məhsullarının emalı, o cümlədən Qırğızıstan regionlarında həyata keçiriləcək layihələr göstərilirdi. Buna görə də mən 200 milyon dolları son investisiya həcmi kimi deyil, maliyyə rıçağı kimi qiymətləndirərdim. Əgər Fond birgə maliyyələşdirmə, bank kreditləşməsi və özəl kapitalın cəlb edilməsi mexanizmlərindən istifadə edərsə, layihələrin real həcmi Fondun nominal kapitalından əhəmiyyətli dərəcədə yüksək ola bilər.

İstərdim ki, CQÖ-Türkmənbaşı-Xəzər-Bakı-BTK marşrutunun potensial olaraq Çin təşəbbüsünü Orta Dəhlizin qərb hissəsi ilə birləşdirə biləcək infrastruktur oxu formalaşdırmasına xüsusi diqqət yetirim. Buna görə də Bişkek üçün burada söhbət yalnız Qırğızıstandan nə qədər yük keçəcəyindən getmir. Daha vacib məsələ ölkənin bu tranzit ətrafında öz sənaye, logistika, enerji və ixrac ekosistemini yarada bilib-bilməyəcəyidir. Məhz bu kontekstdə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun 200 milyon dollaradək artırılması xüsusi strateji əhəmiyyət kəsb edir.

Müəllif - Leyla Muradzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qlobal şirkətlərdən süni intellekt mənşəli kibertəhdidlərə qarşı “ortaq müdafiə” çağırışı

Azərbaycan ilə Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ

Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur

Bakı istintaq təcridxanasında həbs edilmiş şəxsə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısı alınıb

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanının icrası ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 26 sentyabr tarixli 13-1 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının QƏRARI

® PR və onun əsasları

Dövlət orqanlarında vakant inzibati vəzifələr üzrə daxili müsahibə elan edilib

Milli Məclisin sədri: Geosiyasi gərginliklər inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir

DTX-nin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

® “PAŞA Holding”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə altıncı “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır

Məşqçi: Yay İdman Festivalında cüdo idman növünə böyük maraq göstərilir

AzTU tələbələrindən Çində yüksək nəticə: 2 qızıl, 1 gümüş medal

Lisey və gimnaziyalarda şagird qəbulu üzrə seçimlərin II mərhələsi başlayıb

ADAU tarixində ən yüksək tələbə qəbulu: plan yerləri ilkin mərhələdə 98 faiz dolub

Keçmiş futbolçu: “Qarabağ” avrokuboklara daha güclü qaydacaq

Altı yüzdən çox xaçmazlı məzun tələbə adını qazanıb

Azərbaycan oxatanları Belarusda iki medal qazanıblar

Ekspert: Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Türk dünyası ilə daha yaxşı əlaqə yarada biləcək

Kayrat Osmonaliyev: Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir

Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər

Əmək və əhalinin sosial müdafiəsi naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyib

Laçında səyyar stomatoloji aksiya təşkil edilib

Qara dənizdə gərginlik Baltik buğdasına marağı artırıb

İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı

BMU-ya qəbul göstəriciləri son illərin ən yüksək səviyyəsinə çatıb

Ay tutulması psixologiyamıza təsir edirmi? – mütəxəssisdən açıqlama

Alp dağlarında yaranan təhlükə ilə bağlı xəbərdarlıq edilib

Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Qətər LNG tədarükü üzrə fors-major müddəti uzadıb

UNEC ilə Özbəkistanın ali məktəbləri arasında akademik və elmi tərəfdaşlıq genişləndiriləcək

Basketbol millisinin məşqçisi: Yay İdman Festivalı gənclər üçün çox faydalı təşəbbüsdür

Hindistanın valyuta ehtiyatları rekord səviyyəyə yüksəlib

Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı sentyabrda keçiriləcək

“Trabzonspor”un Konfrans Liqasındakı rəqibləri bəlli olub

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

Yerüstü Nəqliyyat Agentliyi sahibkarlara göstərilən xidmətlərin sayını açıqlayıb

İdman qidaları satılan mağazada plandankənar yoxlama aparılıb

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

“AzərEnerji”nin ixrac gəlirləri 87 faizdən çox artıb

Deputat: Ballıqaya faciəsini gələcək nəsillərə çatdırmalıyıq

Şair Sahib Məmmədov: Süni intellektin hələlik “mən niyə yaradıram?” sualına öz cavabı yoxdur

Azərbaycanın UNESCO-dakı yeni daimi nümayəndəsi etimadnaməsini Baş direktora təqdim edib

Elektrikin kəsilməsi işıqforların fəaliyyətinə təsir göstərməklə yol hərəkətinin təşkilinə də çətinliklər yarada bilər – Ekspert rəyi

Azərbaycan-Özbəkistan münasibətləri Mərkəzi Asiya-Cənubi Qafqaz əlaqələrinin güclənməsinə xidmət edir RƏY

Ekspertlər: Qlobal istiləşmə ilə Nepaldakı fəlakət arasında birbaşa əlaqə qurmaq hələ tezdir

“Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb

FIFA Argentina millisinin futbolçularına verilən cəzaları yüngülləşdirib

Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin növbəti təzahürü: Köçəryan-Sarkisyan tandeminin mühakiməsi – ŞƏRH

Türkiyənin Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı

Avropa Liqası: “Beşiktaş”ın əsas mərhələdəki rəqibləri müəyyənləşib

NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub

Mahir Qəribov: “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası tarixi irslə gələcək arasında mənəvi körpü yaradır

Saatlı və Mingəçevir sakinləri kibertəhlükəsizlik məsələləri ilə bağlı marifləndirilib

Prezident Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü qeyd edilib VİDEO

Prezident Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü qeyd edilib VİDEO

Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 10 mini keçib

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb VİDEO

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb VİDEO

Mütəxəssis: Azərbaycan startaplarının Özbəkistan bazarına çıxması üçün geniş imkanlar var

Kəlbəcər və Laçın sakinlərinin müraciətləri dinlənilib

“Oğlum buranı tərk etdiyim yaşdadır” - Şükürbəyliyə qayıdışın hekayəsi VİDEO

“Oğlum buranı tərk etdiyim yaşdadır” - Şükürbəyliyə qayıdışın hekayəsi VİDEO

ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə xəbərdarlıq edib

Su təchizatı və tullantı suları üzrə xidmət haqqını onlayn ödəmək mümkündür

® NDU-da rekord göstərici: 600-dən yuxarı bal toplayan tələbələrin sayında kəskin artım

Dövlət Xidmətinin rəisi Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş direktor: Rəqəmsal transformasiya maliyyə sektorunun inkişafı üçün əhəmiyyət daşıyır

Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub

Qazaxıstanda təyyarədə yanğın olub, 1 nəfər xəsarət alıb

Fransız nazir Avropanın süni intellektdə geridə qaldığını etiraf edib

Tovuz təhsilində yeni tədris ili üzrə əsas hədəflər müəyyənləşdirilib VİDEO

Tovuz təhsilində yeni tədris ili üzrə əsas hədəflər müəyyənləşdirilib VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 538-ə çatıb

BMU-PKTU ikili diplom proqramı çərçivəsində ilk tələbə qrupu Çinə yola salınıb

Yüksək nəticə göstərən 7 şagird “Gənc istedadlar” liseyinə qəbul olunub

® Peşəkar, məsuliyyətli, diqqətcil və qayğıkeş həkim

Lamin Yamal 8 oyundur qol vura bilmir

Bir xəyalın ardınca BDU-ya

Böyük Britaniyada yeniyetməyə orqanizmdə tədricən həll olan ürək implantı yerləşdirilib

Türkiyədə seriallara dövlət dəstəyində yeni mərhələnin başlandığı açıqlanıb

Baş Prokurorluq: Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır

Kiçik kənddən böyük arzulara: Ruhinin arzuları və uğurları

Azərbaycan idmançıları Avropa çempionatında mübarizə aparacaqlar

Tokayev Qazaxıstan Qurultayının yeni səlahiyyətlərindən danışıb

NDU-da bakalavriat üzrə qəbul göstəriciləri rekord həddə çatıb

Nepalda yeni daşqın təhlükəsi yaranıb

Sumqayıtlı bacı-qardaşdan böyük uğur: eyni sinifdən eyni universitetə

AQTA-nın və DMA-nın nümayəndələri peşə hazırlığı layihəsini nəzərdən keçiriblər

Çində “Saudel” tayfunu ilə əlaqədar 270 min nəfər təxliyə edilib VİDEO

Çində “Saudel” tayfunu ilə əlaqədar 270 min nəfər təxliyə edilib VİDEO

Fransada küçədə qalan uşaqların sayı artıb

Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlanıb

AzMİU-da qəbul planı 98,91 faiz yerinə yetirilib

Universitetə qəbul olmaq uğurun ölçüsüdürmü? – təhsil eksperti ilə MÜSAHİBƏ

® “Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

“Gəncə” amerikalı basketbolçu ilə heyətini gücləndirib

Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı artıb VİDEO

Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı artıb VİDEO

Bakıda taekvondo üzrə gənclər arasında “Koreya Səfiri Kuboku” keçiriləcək

SOCAR-ın idarəsi 175 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq VİDEO

Füzuli və Qəbələdə hərrac vasitəsilə 2 faydalı qazıntı yatağı istifadəyə verilib