Kayzi Pyer: Emmanuel Makron sələflərindən daha çox müstəmləkəçilik xəttinə sadiqdir
Bakı, 20 oktyabr, AZƏRTAC
Yeni Kaledoniya sakinləri fransız xalqına qarşı deyil, bu ölkənin müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparırlar.
AZƏRTAC xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda Yeni Kaledoniyanın Lifu kommunasının bələdiyyə müşaviri Kayzi Pyer deyib.
“Biz fransızlarla mübarizə aparmırıq. Onlara böyük hörmətimiz var. Bu ölkənin müstəmləkəçilik siyasəti bizi qane etmir. Fransa Prezidenti Emmanuel Makron sələflərindən daha çox müstəmləkəçilik xəttinə sadiqdir”, - deyə müşavir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]