KAZAN HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə gəlmişdir.
Dövlətimizin başçısını Kazan hava limanında Tatarıstan Respublikası Dövlət Şurasının sədri Fərid Muxametşin, MDB-nin icraçı katibi Vladimir Ruşaylo, Rusiya xarici işlər nazirinin müavini Boris Karasin, Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.
Milli geyimli qızlar Azərbaycan Prezidentinə duz-çörək təqdim etdilər. Dövlətimizin başçısı hava limanından “Kazan-1000” şəhərciyində onun üçün ayrılmış iqamətgaha gəldi.