“Kazax TV” telekanalı Azərbaycan mədəniyyətinə həsr olunan veriliş hazırlayır
Bakı, 28 sentyabr, AZƏRTAC
Qazaxıstanın “Kazax TV” telekanalının nümayəndələri Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin qonağı olub. AZƏRTAC xəbər verir ki, Mərkəzin direktoru Asif Usubəliyev Azərbaycanın mədəniyyətinə və tarixinə göstərilən marağa görə qonaqlara təşəkkür edib, mərkəzin beynəlxalq layihələri haqqında məlumat verib. O, həmçinin Beynəlxalq Türk Akademiyası ilə (TWESCO) əməkdaşlıq çərçivəsində görülmüş işlərdən danışıb.
Akademiyanın təşəbbüsü ilə yaradılmış türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupu haqqında söhbət açan A.Usubəliyev həmin qrupun cari ilin noyabr ayında Azərbaycanda ilk iclasının keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan həmin işçi qrupuna rəhbərlik edir.
Ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində mədəniyyət amilinin xüsusi çəkiyə malik olduğunu qeyd edən müəssisənin direktoru humanitar və elmi xarakterli layihələrin şaxələndirilməsini zəruri vəzifə kimi səciyyələndirib. Mərkəzin direktoru dövlətlərimizin başçılarının bu məsələdə nümayiş etdikləri siyasi iradənin humanitar sahədə əməkdaşlığımıza dəstək olacağını diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]