KEÇİRİLƏN MONİTORİNQLƏR AZƏRBAYCANDA QUŞ QRİPİNİN OLMADIĞINI AŞKARLAMIŞDIR
Xaçmaz, 20 fevral (AZƏRTAC). Fevralın 20-də Xaçmazda Dövlət Baytarlıq Xidmətinin (DBX) 2008-ci ilin yekunu və 2009-cu ildə görüləcək işlərə həsr olunmuş zona müşavirəsi keçirilmişdir.
Müşavirədə 16 rayonun baytarlıq xidmətlərinin rəhbərləri iştirak etmişdir. Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov çıxış edərək, respublika ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı proflaktik tədbirlərin vaxtında həyata keçirildiyini bildirmişdir.
Ötən il Qəbələ rayonunun Nic qəsəbəsində fərdi təsərrüfatda saxlanılan donuzlar arasında Afrika taununu xatırladan xəstəliyin qarşısının vaxtında alındığı qeyd olunmuşdur.
Quş qripinə qarşı mütəmadi aparılan monitorinqlərin nəticələrinə gəlincə, DBX-nin rəisi ölkə ərazisində bu xəstəliyə təsadüf olunmadığını vurğulamışdır. Bununla əlaqədar keçirilən sonuncu monitorinqin nəticələri fevralın 27-də açıqlanacaqdır.
Erməni qəsbkarları tərəfindən işğal edilən torpaqlarımızın yandırılması nəticəsində həmin ərazidə olan gəmiricilər və vəhşi heyvanlar respublikanın digər rayon və kəndlərinə yayılmışdır. Bu da ölkə üzrə vəhşi heyvanların populyasiyasının xeyli genişlənməsinə səbəb olmuş, quduzluq xəstəliyinin artmasına şərait yaratmışdır. Respublika Baytarlıq Laboratoriyasına daxil olan 35 patoloji materialın 25-də quduzluq xəstəliyinin törədicisi aşkarlanmışdır.
Diqqətə çatdırılmışdır ki, ötən il 31 sahə baytarlıq məntəqəsi üçün inzibati bina tikilərək istifadəyə verilmişdir.
Növbəti rayonlararası müşavirənin Bərdədə keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]